"Eldar Həsənov vəzifəsindən getdikdən sonra işdən çıxarılan müstəntiq və prokuroru böyütdülər"

Cəmiyyət 19:06 13.09.2019

(əvvəli burada)

"İş hələ birinci müstəntiqdə olarkən iki nəfərin təsvirlərini bildiyim üçün müstəntiqdən onlar barəsində soruşmuşdum. Müstəntiq isə bildirmişdi ki, o şəxslər ümumiyyətlə Azərbaycanda olmayıblar, Leninqradda olublar. İş götürüldükdən sonra valideyinlərə tapşırdım ki, həmin iki şəxs barədə, hadisə olan vaxt onların Azərbaycanda olub olmaması barədə məlumat toplayın, o ərazidə yas mərasimlərinin, toy mərasimlərinin olub olmaması, həmin şəxslərin o mərasimlərdə işltirakı barədə informasiya əldə edin. Amma elə edin ki, heç kim şübhələnməsin. Hadisə baş verən vaxt ətraf ərazidə olan avtomobil dayanacaqlarının mağazaların işçiləri ilə söhbət edin. Hadisəni xatırlayan kimi edin şübhələnməsinlər.

İki gün sonra ilk ciddi məlumat əldə etdik. Ana və uşaq öldürülən gün iki nəfər avtodayanacağın yanında olan krantda əllərində və üstlərində olan qan ləkələrini yuyublar. Mühafizəçiyə isə bildiriblər ki, toyda dava düşüb dalaşıblar. Burunlarının qanı olub. Müstəntiqlə əlaqə saxlayıb hadisə olan gecə toy olması dava düşməsi barədə məlumat toplamasını xahiş etdim. Bir neçə gün sonra müstəntiq dedi ki həmin gün toy mərasimi olması və kütləvi dava olması müəyyən edilmədi. Artıq ilk sap əlimizdə.Təxminən bir həftə sonra isə məlumat daxil oldu ki, o şəxslər haisədən iki gün qabaq yas yerində olub 10 manat pul yazdırıblar. Biri isə hadisədən sonra da bir yas yerində olub.

Artıq müstəntiqin Leninqrad söhbəti tam iflasa uğradı. Müstəntiqlə danışıb həmin siyahıları götürməsini xahiş etdim. Sonra valideyinlərə tapşırdım ki, öldürülən ana və balanın qaldığı evlə üz-üzə olan evdə yaşayan müəllimlə söhbət etsinlər. Amma uşaqlarının tutulduğunu bildirməsinlər. Bir neçə gün sonra Adilin atası iş yerimə gəldi. Dedi ki, tapdıq. Müəllim həmin gecə o evə gələnləri görüb. Birini üzdən tanıyır, o birinin əlamətlərini deyir. Əlamətləri dedi. Vəsatətimə baxdım əlamətlər eyni. Dedim müəllimlə bir də təsadüfən güy görüş dəqiqləşdir yanılmayaq. Amma heç kimə heç nə demə. Tələsmə şübhələnməsin. Bir neçə gün sonra kişi uça-uça gəldi. Çox sevinirdi. Dedi danışdım. Səsini də yazdırdım. Qulaq asdım. Sonra müstəntiqlə danışdım. Məlumatları təqdim etdik. Təxminən 5-6 gün sonra müstəntiq zəng etdi. Dedi Osman müəllim muştuluq. Qızılları tapdıq. Dedim nə qızıllar. Dedi öldürülən qadının qızıllarını. Dedim necə. Dedi 1-2 saat gözlə yaxşı məlumatım olacaq. Səhərisi gün isə məlum oldu ki, həmin şəxslər tutulub. Ana və balanı necə öldürdüklərini, evdən götürdükləri qızılların yerini deyiblər. Video çəkilişlə onlardan birinin xalasının həyətindəki tut ağacının dibindən qızıllar götürülüb.

Bir gün sonra uşaqlar həbsdən azad edildi. Səhərisi gün axşamtərəfi yaşadığım həyətdə qonşularla söhbət edərkən valideyinlər gəldi. Yanlarında yaraşıqlı bir xanım da var idi. Mənə çatmağa bir neçə addım qalmış həmin xanım diz üstə oturub sürünə sürünə mənə tərəf gəldi. Çaşdım. Əlini atıb saçını yoldu. Ayağıma atdı. Əlindən tutub qaldırdım. Dedim ay bacım siz neyləyirsiniz. Bu nə demək. Dedi ki, Adil mənim qardaşımın tək balası. Əhd etmişdim ki, kim ona kömək etsə onun qarşısında dizin dizin sürünəcəm. Qonşular da çaşmışdı. Çox mütəssür olmuşdular. Sonra Adilin anası dedi ki, məni tanımadınızmı. Dedim vallah tanış gəlirsiniz. Amma xatırlaya bilmirəm. Dedi 1991-ci ildə atamı şərləmişdilər. Siz azad etdirdiniz. Dedim hə yadıma düşdü. Aradan çıxdınız. Hamı güldü. Dedi o vaxt verəcəyim şirinliyi də indi verəcəm. Sizin o vaxt etdiyinizi əvəzsiz qoymuşduq. Ona gırə bu başımıza gəldi. Dedim halalınız olsun. Həmin iş üzrə müstəntiq və prokuror vəzifələrindən kənarlaşdırıldılar. Lakin Eldar Həsənov vəzifəsindən getdikdən sonra onları böyütdülər".

Vəkil Osman Kazımov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı