Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO

Cəmiyyət A- A A+

Tabesizlik göstərən vətəndaş polislə mübahisə edib

Bakı şəhəri, Heydər Əliyev prospektində yol hərəkəti qaydaları kobud şəkildə pozan piyada həbs edilib. Yol polisinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayan 1991-ci il təvəllüdlü Orxan Məmmədli qadağan olunmuş yerdən yolu keçərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb.

Yol polisi ilə mübahisə edərək əl-qol hərəkətləri edən Orxan Məmmədli qarşı tərəfə keçən zaman digər YPX əməkdaşı tərəfindən saxlanılıb. Burada da tabesizlik göstərən vətəndaş polislə mübahisə edib. Nəticədə saxlanılan şəxs barəsində toplanmış materiallar Səbail rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə o, 30 gün müddətində inzibati qaydada həbs edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...