SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider elan olunmuş ilk Azərbaycan şirkəti seçilib.
SOCAR AQŞ-dən Eurasia Diary-ə verilən məlumata əsasən, BMT-nin Nyu Yorkda keçirilən Qlobal Saziş Liderləri həftəsində SOCAR AQŞ dünyanın aparıcı korporativ təşəbbüskarları arasında ən fəal iştirakçı kimi dəyərləndirilib, dünyanın aparıcı korporativ təşəbbüskar şirkəti seçilib.
Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin Lider şirkəti təşkilatın Qlobal Sazişi qarşısındakı öhdəliyini nümayiş etdirmək üçün təşkilatın Fəaliyyət Platformalarından ən azı ikisində iştirak edən, təşkilatın 10 prinsipinə və Qlobal Məqsədlərinə uyğun olan qabaqcıl təcrübələrini müəyyənləşdirərək həyata keçirən, bu prinsiplərin reallaşdırılması ilə bağlı ətraflı hesabat təqdim edən şirkətlər arasından seçilir.
SOCAR AQŞ 2018-ci ilin noyabrından etibarən BMT-nin Qlobal Sazişinə qoşulub. Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.