Azərbaycanda 3-cü BMT Modeli Yay Məktəbi turizm, ticarət və qlobal sülh mövzularını əhatə edir

Cəmiyyət 14:07 27.09.2019

Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2019-cu il Azərbaycanın gənclər paytaxtı Şamaxıda 3-cü BMT Modeli Yay Məktəbi öz işinə başlayır.

Eurasia Diary xəbər verir ki, BMT Modeli gənc insanların müsabiqə şəraitində keçirilən oyunlar vasitəsilə öz dünyagörüşlərini genişləndirmək və Birləşmiş Millətlər Təşkilatı, onun dəyərləri, standart prosedurlar və qaydalar haqqında daha çox şey öyrənmək üçün unikal imkan yaradan beynəlxalq səviyyədə nüfuz qazanmış simulyativ təhsil proqramıdır. Bu il Şamaxıda təşkil olunan bu tədbir özünün ictimai natiqlik, şəbəkə yaratma, ünsiyyət və qərar qəbul etmə vərdişlərini inkişaf etdirmək, eyni zamanda beynəlxalq məsələlərin cari vəziyyətini daha dərindən başa düşmək üçün təxminən 100 nəfər həvəsli iştirakçını bir araya toplayacaqdır.

Bu Şamaxıda təşkil olunan 3-cü BMT Modeli Yay Məktəbinin rəsmi açılışında BMTİP-nin Azərbaycandakı Ölkə üzrə Nümayəndəliyinin Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti, Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov və Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev iştirak edib.

Açılış mərasimində nitq söyləyən BMTİP-nin Azərbaycandakı Ofisinin Rezident Nümayəndəsi cənab Frakassetti bu sözləri deyib: “Biz BMT-nin İnkişaf Proqramında inkişaf sahəsində gördüyümüz bütün işlərə gənclərin cəlb edilməsini ön plana çəkirik. 2015-ci ildə Dayanıqlı İnkişafa dair Qlobal Gündəlik və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədi gündəmə gəldiyi ilk gündən, biz gənclərlə birgə çalışdıq. Gənclər, əslində bu yeni qlobal Gündəliyin formalaşmasında əsas rol oynadılar”. Daha sonra cənab Frakassetti bildirdi ki, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda gənclər bizim əhəmiyyətli müttəfiqlərimizdir, və həmçinin ortaq qlobal problemlərimizi həll etməkdə ən böyük ümidimizdir.”

Növbəti dörd gün ərzində keçiriləcək Yay Məktəbi ərzində iştirakçılar diplomat rolunu oynayaraq bir sıra BMT komitəsi ətrafında simulyasiya müzakirələri aparacaq və həmin komitələrə uyğun müxtəlif mövzulara dair rəmzi qərarlar qəbul edəcək. Belə ki, BMT Baş Assambleyasının İqtisadi və Maliyyə Məsələləri Komitəsinin üzvləri cari beynəlxalq ticarətin dünya iqtisadiyyatına təsiri məsələlərini müzakirə edəcək. Ümumdünya Turizm Təşkilatının rolunda çıxış edən komanda isə tanınmamış və mübahisəli ərazilərdə turizmin inkişafı mövzusuna toxunacaq. Nəhayət, Azərbaycanın BMT Modeli düşərgələri tarixində ilk dəfə olaraq, futuristik komitə “Üçüncü Dünya Müharibəsinin astanasında” mövzusu ətrafında qızğın müzakirələr aparacaq.

Açılış mərasiminin rəsmi hissəsindən sonra 3-cü BMT Modeli Yay Məktəbinin gənc iştirakçılarına qeyri-formal sual və cavab formatında BMTİP-nin Rezident Nümayəndəsi cənab Alessandro Fracassetti ilə gənclər üçün maraq kəsb edən məsələləri müzakirə etmək imkanı verilib.

Azərbaycanda 14 - 29 yaşlarında gənclər əhalinin təxminən üçdə birini təşkil edir. Onların yarısı kənd və rayon yerlərində yaşayır. İlk dəfə Azərbaycanda 2013-cü ildə BMT Modeli (MUN) Konfransının təşkil edildiyi vaxtdan bəri, bu platformalar ölkədə gənclərin iştirakını, dialoqu və könüllülüyü inkişaf etdirməyə xidmət edib. Ötən müddət ərzində BMTİP və Azərbaycan hökuməti iki milli BMT Modeli Konfransı, Naxçıvanda BMT Modeli Konfransı, İsmayıllıda və Daşkəsəndə iki BMT Modeli Yaya Məktəbi təşkil edib və universitetlərdə fəaliyyət göstərən müxtəlif BMT Modeli Klublarında gənc həvəskarlar tərəfindən təşkil edilən universitet səviyyəsində BMT Modeli konfranslarının uğurlu şəkildə dəstək göstəriblər. BMTİP-nin Gənclər və İdman Nazirliyi ilə müştərək layihələri Azərbaycanda xeyli sayda həvəskar gənc diplomatın müxtəlif BMT Modeli Konfranslarında, o cümlədən Roma BMT Modeli Konfransında, Vyetnam BMT Modeli Konfransında, Paris BMT Modeli Konfransında və Avrasiya BMT Modeli Konfransında iştirakına mühüm dəstək göstərib.

Bu il Şamaxıda təşkil olunan yay məktəbi 2018-ci ildən bəri Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən gənclərin qlobal siyasi debatlarda aktiv iştirakına dəstək göstərmək üçün yeni platformaların yaradılmasına dair BMTİP layihəsi çərçivəsində təşkil edilib. Ötən ildən bəri, layihə, həmçinin, Azərbaycanda ilk dəfə 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə hər biri bir qlobal məqsədi təmsil etməklə Gənc Səfirlər qrupunun yaradılmasına dəstək göstərib. DİM-lər üzrə Gənc Səfirlər DİM-lərlə bağlı dövlət təşkilatlarının işinə dəstək göstərəcək, yerli, milli və beynəlxalq səviyyələrdə görülən tədbirlərə dair informasiyanın yayımlanmasına yardım edəcək və DİM-lərin icrasına dair milli hesabatların hazırlanmasına kömək edəcəklər.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı