BSU tələbələri ikili diplom alacaq

Cəmiyyət 14:21 12.10.2019
Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo İlievin rəhbərliyi altında beş nəfərdən ibarət nümayəndə heyəti Slavyan Universitetinə (BSU) beş günlük ezamiyyətə gəlib.
 
Eurasia Diary-nin məlumatına görə, qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, müstəqillik dönəmində iki dövlət arasında münasibətlərin yeni mərhələyə daxil olmasından, Ulu Öndər Heydər Əliyevin, onun davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Bolqarıstan Respublikası ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. N.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstanın Veliko-Tırnovi şəhərindəki bu ölkəninn qədim tarixini nümayiş etdirən maraqlı və cazibədar bir kompleks kimi ümumdünya mədəni irsi sırasına daxil olan Trapezitsa qalasında aparılan təmir-bərpa işlərindən danışıb. 
 
BSU-nun rektoru Bolqarıstanın VelikoTırnovo Universitetində tələbə -müəllim heyəti ilə keçirdiyi görüşləri xatırladıb. O, həmin görüşdə adıçəkilən universitetdə Azərbaycan dili mərkəzinin yaradılması və  Azərbaycan dilinin seçmə fənn kimi tədris edilməsi barədə razılaşma əldə etdiklərini bildirib. Rektor həmçinin Bolqarıstan Respublikasının birinci vitse-prezidentlərinin BSU-da olmalarından söz açıb. O, Bolqarıstanın Birinci vitse-prezidenti İliyana Yotovanın BSU ilə Bolqarıstan ali məktəblərinin qarışılıqlı münasibətlərində xoş məramlı səfir kimi hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. 
Veliko Tırnovo Universitetinin rektoru  Xristo İliev Bondjolov öz növbəsində səmimi qarşılanmaya görə BSU-nun rektoru, professor  N.Əliyevaya dərin təşəkkürünü bildirərək Bolqarıstanın Azərbaycanla tarixən dostluq əlaqələrinə malik olduğunu bildirib. Rektor Bakı ilə bağlı ilk tanışlıq təəssüratını bölüşərkən Azərbaycan paytaxtının dünyanın ən müasir meqopolisləri ilə yanaşı dayanmağa layiq bir şəhər olduğunu vurğulayıb. O, Bakıda tarix ilə müasirliyin, Avropa və Şərq memarlığının yüksək harmoniyasını gördüyünü, İçərişəhərin açıq hava muzeyi kimi son dərəcə cəlbedici olduğunu qeyd edib. Qonaq qısa müddətdə Bakının inkişafına və tərəqqisinə xüsusi diqqət yetirildiyinin şahidi olduğunu bildirib. O, son illərdə tikilən memarlıq abidələrinin, müasir tipli binaların, körpülərin insanı heyrətə gətrdiyini deyib. 
Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov rəhbəri olduğu universitetlə BSU arasındakı əməkdaşlığın Azərbaycan və Bolqarıstan dostluq münasibətlərində mühüm rol oynayacağını bildirib. BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını qeyd edən X.İ.Bondjolov Azərbaycan xalqının tolerant, multikultural dəyərlərə sadiq bir xalq olduğunu deyib. X.İ. Bondjolov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Bolqarıstanda Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı adı verilməsindən və ona Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunmasından da söz açıb.
 
Sonra rektorlar universitetlər arasında ikitərəfli müqaviləni imzalayıblar. Müqavilənin əsas şərtlərindən biri BSU tələbələrinə ikili diplomların verilməsi olacaq. Bundan əlavə, müqavilədə tələbə mübadiləsi aparılması, bolqarşünaslıqla məşğul olan gənclərin adıçəkilən universitetdə praktika keçməsi və digər məsələlər nəzərdə tutulur.   
 
Qnaqlar BSU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, universitetin muzeyi, kitabxana ilə yaxından tanış olublar. Bunun ardından onlar BSU-nun Bolqar dili Tədris və Mədəniyyəti Mərkəzində bolqarşünaslıq üzrə təhsil alan tələbələrlə görüşüblər. Tələbələrin bolqar dilində səlis danışığı rektor Xristo İliev Bondjolov tərəfindən yüksək qiymətləndirib. Qonaqlar mərkəzin kitabxanasına bolqar dilində kitablar bağışlayıb.
 
Qeyd edək ki, qonaqların respublikamızda olacağı beş gün üçün maraqlı elmi-tədris, gəzinti–istirahət proqramı nəzərdə tutulub.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı