"İnformasiya yükü böyük olan Ana dili və riyaziyyat dərslikləri iki hissəyə bölünüb".
Eurasia Diary xəbər verir ki, bunu təhsil Naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, bölünən dərsliklər hərəsi bir yarımil üçün nəzərdə tutulub:
"Dərsliklər tək müəllimlər üçün metodik vəsait deyil, valideynlər üçün maarifləndirici baza da olacaq"-deyə C.Bayramov bildirib.