Milli Məclisdə MÜBAHİSƏ - “Bura selfi çəkmək yeri deyil” | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Milli Məclisdə MÜBAHİSƏ - “Bura selfi çəkmək yeri deyil”

Cəmiyyət A- A A+

Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Fazil Mustafanı tənqid edib.

Eurasia Diary-nin xəbərinə görə, birinci vitse-spiker deyib ki, bütün millət vəkillərinin çıxışları, səsləri Milli Məclisin iclasında yazılır.

“Kim istəsə, götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu sizin probleminizdir. Bura selfi çəkmək yeri deyil. Bura qanunverici orqandır. Həm də deyir ki, müxalifət iqtidarı ciddi tənqid edirsə, buna dözmək lazımdır. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur ki?”.

Z.Əsgərovun sözlərinə görə, Fazil Mustafa o deputatlardandır ki, televiziyaların efirindədir. “Bütün günü sosial şəbəkələrdədir”,-deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...