Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim 25-26 oktyabr tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Azərbaycan tərəfindən uğurla idarə edilməsinə, yüksək təşkilatçılığa, səmimi qarşılamaya və təşkilati səylərə görə həmçinin hazırlıq iclaslarını müdrikcəsinə və səriştəli şəkildə təşkil etdiyinə, müxalif dövlətlərin mövqeləri arasındakı görüş nöqtələrini yaxınlaşdımağa nail olduğuna görə Azərbaycan hökumətinə öz təşəkkürünü bildirdi. Səfiri Misir Ərəb Respublikasının Xarici İşlər Naziri cənab Sameh Şükrünün Bakı Sammitində iştirakının çox uğurla başa çatdığını qeyd edərək bu səfərin ötən bir neçə il ərzində Misir Xarici İşlər Nazirinin Azərbaycana ilk səfəri olduğunu qeyd etdi.
Misir səfiri Zirvə Görüşü çərçivəsində iki ölkənin Xarici İşlər Nazirləri arasındakı ikitərəfli görüşün ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə və inkişafına töhfə verəcəyini diqqətə çatdıraraq Misir və Azərbaycan arasındakı dostluq və tarixi münasibətləri əks etdirən ikitərəfli əlaqələri və həmin əlaqələrin bütün sahələrdə iki ölkənin imkanlarına və potesiallarına uyğun olaraq necə inkişaf etdiriləcəyinə dair müzakirələr aparmaq üçün cənab Nazir Sameh Sükrünün yaxın zamanlarda Bakıya sərəf edəcəyinə dair razılıq əldə edildiyini blidirdi.