”İrəli”nin təşəbbüsü ilə Dövlət Bayrağının asılması aksiyası geniş vüsət alır

Cəmiyyət 13:26 08.11.2019

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov Birlik tərəfindən Dövlət Bayraq Gününə həsr olunan “Üçrəngli Bayrağın Kölgəsində Mən” milli vətənpərvərlik aksiyası  haqqında fikirlərini bildirib.

Eurasia Diary-nin məlumatına görə, MirHəsən Seyidov ölkədə ciddi rezonans doğuran bayraq təşəbbüsü ilə bağlı qeyd edib ki, aksiyanın uğurla davam etməsi ölkədə vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir:

“2014-cu ildə “İrəli” İB-nin təşəbbüsü ilə dahi şairimiz Bəxtiyar Vahabzadənin "Bayraq" şeirinin geniş vüsət alaraq Azərbaycan ictimaiyyətinə təqdimatının hazırlanması, "Bayraq" əsərinin məşhurların ifasında səslənməsi ilə aksiyaya start verdik. 2016-ci ildə Azərbaycan ordusunun, gəncinin  Aprel döyüşlərinin şanlı qələbəsinə ölkəmizdə həmrəylik nümayiş etdirmək məqsədi ilə "Eyvanlara bayraq asaq" aksiyasına başladıq. Beləliklə, zəfər sorağımız olan şanlı bayrağımızın eyvanlarda asılması ölkəmizdə daha da geniş vüsət almağa başladı.”

“Sovet ittifaqının hələ mövcudluğunu saxladığı dövrdə üçrəngli bayrağımız Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinə gətirilib, muxtar respublikanın bayrağı kimi təsdiqlənib. Bu, Azərbaycan xalqının azadlıq ruhunu daha da qüvvətləndirib və müstəqilliyimizin bərpasında önəmli rol oynayıb. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman bildirir ki, gənclər vətənpərvər ruhda yetişməlidir. 2019-cu il Prezident İlham Əliyevin gənclərlə görüşündə vətənpərvərlik, milli ruh fikirlərinə əsaslanaraq, İRƏLİ illərdir başlayan bu ənənəni davam etdirərək, Azərbaycanı "Üçrəngli bayrağın kölgəsində" toplamağa başladı. Artıq 26 oktyabr tarixindən etibarən davam edən aksiyamızda #BayraqMenliyimdir adı ilə yüzlərlə gənc,  "İrəli" İctimai Birliyinin üzvləri ilə yanaşı, nazirliklər, ali təhsil ocaqları, peşə təhsili müəssisələri, olimpiya idman kompleksləri, gənclər və idman idarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları, müxtəlif idman federasiyaları, mətbuat orqanları və digər dövlət və özəl qurumlar aksiyaya öz dəstəklərini göstəriblər”-deyə, sədr bildirib.

MirHəsən Seyidov onu da qeyd edib ki, Azərbaycan gənci hər zaman vətənpərvər ruhda, torpağına, bayrağına bağlı olmalıdır:

"Biz də hər zaman bu mənəvi dəyərlərin inkişafı üçün çalışırıq. Bu bizim ümummilli məsələmizdir. Mübarizə əzmimizin ən bariz nümunəsidir. Üzərində yüzlərlə şəhid qanı, qazi şücaəti daşıyır bu bayraq. Məhz bu səbəbdən səsimizə səs verib, şanlı bayrağımızı eyvanlarında dalğalandıran bütün şəxslərə təşəkkür edirəm".

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı