Bakının Pirallahı rayonunda restoranların birində bıçaqlanma hadisəsi baş verib.
Eurasia Diary "apa"ya istinadən xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç və 1988-ci il təvəllüdlü Rafael Hüseynov tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo əməliyyat olunub və ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb. Həkimlərin sözlərinə görə, Bernardonun vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.