İstilik pulu artacaq? - Rəsmi açıqlama | Eurasia Diary - ednews.net

7 Dekabr, Şənbə


İstilik pulu artacaq? - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

"Bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır".

Eurasia Diary modern-ə istinadən xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev söyləyib.

O qeyd edib ki, bu da onun sosial əhəmiyyəti ilə əlaqədardır:

"Həmin zərər məbləği müəyyən formada aradan qaldırılır. Hər hansı biznesmenin zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Özəlləşdirmənin olması məsələnin həlli deyil. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

İ. Mirzəliyev istilik sisteminin tariflərin artırılmasından da danışıb:

"Hazırda hesablamalar aparılır, amma bu, qiymətlərin artması anlamına gəlməyəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...