AzTV-nin əməkdaşları ermənilərin hücumuna məruz qaldılar - VİDEO | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


AzTV-nin əməkdaşları ermənilərin hücumuna məruz qaldılar - VİDEO

Cəmiyyət A- A A+

Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərinə ezam olunmuş Azərbaycan televiziyasının jurnalisti Zakir Musayev və operatoru Səfər Səfərov ermənilərin hücumunə məruz qalıblar.

Eurasia Diary xəbər verir ki, konkret.az-a daxil olan məlumata görə, jurnalistlər Armavir şəhərində Erməni Apostol Kilsəsinin həyətində Qareqin Njdenin xatirə lövhəsinin söküldüyü yerdən reportaj hazırlamaq istəyirlərmiş. Amma kilsənin qulluqçuları jurnalistlərə qarşı güc tətbiq ediblər.

Hazırda jurnalistlər yerli xəstəxanada müayinə olduqdan sonra polisə müraciət etməyə yollanıblar.

Hadisə yerindən aldığımız videonu sizə təqdim edirik:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...