BMT-nin Bakıda təşkil etdiyi tədbir insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulayır

Cəmiyyət 13:55 10.12.2019

Bugün İnsan Hüquqları Gününü qeyd etmək üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi, Gənclər və İdman Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkilin ofisi (Ombudsman) Sabunçu Gənclər Evində sərgi təşkil edib.

İnsan Hüquqları Gününün builki mövzusu gəncləri insan hüquqları uğrunda daha fəal olmağa çağırır. Bu mövzuya həsr olunmuş tədbir dövlət qurumları, vətəndaş cəmiyyəti, diplomatik missiyalar, gənclər təşkilatları və KİV-in 150-yə yaxın nümayəndəsini bir araya gətirib.

Eurasia Diary xəbər verir ki, tədbirin açılış sessiyasında həmçinin Azərbaycan Respublikasının İnsan Hqüuqları üzrə Müvəkkili Səbinə Əliyeva və Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış ediblər. BMT-nin baş katibi Antonio Quterreş və BMT-nin İnsan hüquqları üzrə ali komissarı Mişel Baçelenin video müraciətləri nümayiş olunub.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai bildirib: “İnsan hüquqları uğrunda fəal ol” ümumdünya çağırışı ilə biz dəyişikliyin konstruktiv qüvvəsi kimi gənclərin potensialını qeyd etmək, onların təsirini artırmaq, eləcə də qlobal auditoriyanın dairələrini insan hüquqlarının təşviqi və müdafiəsinə cəlb etmək istəyirik“.

Cənab İsaqzai, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma işində və daha yaxşı dünya üçün yeni ideya və həllərin gətirilməsində gənclərin vacib rolunu qeyd edib.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva qeyd edib ki, bu zamana qədər İnsan hüquqları sahəsində çoxsaylı konvensiyalar qəbul olunub.

Onun sözlərinə görə, bu sahədə beynəlxalq qanunvericiliyin əsasını 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi təşkil edir.

“İrqindən, cinsindən, etiqadından asılı olmayaraq hər kəsi təmsil edən bu bəyannamə ümumbəşəri ideyaları təmsil etməklə yanaşı bir çox qanunverici baza üçün əsas olmuşdur. Bir çox ölkələrin konstitusiyalarında bu sənədə istinad edilmişdir. Hüquqi dövlətin mühüm prinsiplərindən biri insan hüquq və azadlıqlarının təminatıdır”, deyə o bildirib.

S.Əliyeva bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesindən keçilmiş, qanunvericilik bazası, səmərəli hüquq müdafiə mexanizmləri yaradılmışdır.

“1998-ci ildə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair dövlət proqramı təsdiq edilmişdir. 2007-ci ldə ölkə prezidentinin qərarı ilə həmin dövlət proqramının qəbul edildiyi gün   Azərbaycanda İnsan Hüquqları Günü elan edilmişdir. Milli fəaliyyət proqramının hazırlanması zamanı bir çox ölkələrin, həmçinin BMT-nin müvafiq təcrübəsindən istifadə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün layihə sənədi təsdiqlənmişdir".

Tədbir Ümumdünya Hüquqları Bəyannaməsinə həsr olunmuş karikatura və illustrasiyaların sərgisi ilə davam edib. Sərgidə həmçinin posterlər və insan hüquqlarının daha yaxşı icrasına dair gənclərin mesajlarının əks etdirən videolar nümayiş olunub. Bununla yanaşı, ziyarətçilərə BMT agentliklərinin dərc etdiyi müxtəlif nəşr və tədris materialları ilə tanış olub və əldə etmək imkanı verilib.

Sonda İnsan hüquq və azadlıqları mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri təltif olunub. 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı