Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan müsavatçı-jurnalist Yafəz Həsənovu (Əkrəmoğlu) məhkəməyə verib.
Eurasia Diary-nin məlumatına görə, Müsavat funksioneri Yafəz Əkrəmoğlunun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə cəzalanmasını istəyib.
Şikayət Binəqədi rayon Məhkəməsində hakim Abbas Rzayevin icraatında araşdırılacaq.
Qeyd edək ki, Yafəz Əkrəmoğlu Müsavat Partiyasının Almaniyada mühacir alverini təşkil etdiyini irəli sürərək iddialar səsləndirib. Həmin iddialarda mühacir alverində başqan Arif Hacılı və Gülağa Aslanlının fəal iştirak etdiyin qeyd edib.