İndoneziyanın Cənubi Sumatra vilayətində avtobus qəzası baş verib.
Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, avtobusun dərəyə yuvarlanması nəticəsində 28 nəfər, o cümlədən uşaqlar həlak olub.
Ümumilikdə, avtobusda 40 sərnişinin olduğu məlumdur. Ölənlərin sayının artacağı istisna olunmur. (modern.az)