Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentli, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev və ECL-in Peç Universitetindəki təlimatçısı Piter Sabat, eləcə də Azərbaycan Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov Azərbaycan Pedaqoji Universitetində keçirilən imtahanlarda müşahidəçi kimi iştirak ediblər.
Eurasia Diary xəbər verir ki, müşahidə zamanı Vaşinqtondan ölkəmizə 3 günlük təlim üçün gələn qonaq tələbələrin imtahanda fəallığına şahid olub və bundan məmnunluğunu ifadə edib. Eyni zamanda, BAMF prezidenti Umud Mirzəyev də müşahidələr zamanı öz təəssüratını bölüşüb:
"Azərbaycan Dövlət Pedaqoji Universitetində ortalama 18000 tələbə təhsil alır. Son illər Universitetin idarə olunmasında, təlim tədris işlərində və imtahan qəbulu sahəsində aparılan islahatlar böyük keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Bu dəyişikliklərə biz Avropanın ən qədim təhsil ocaqlarından birisi Macarıstanın Peç Universitetinin muəllimi Piter Sabatla birlikdə imtahan prosesini müşahidə edərkən bir daha şahidi olduq".