“Məşğulluq” altsisteminə daxil edilmiş 85 minə yaxın vakansiyadan 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib | Eurasia Diary - ednews.net

2 İyun, Çərşənbə axşamı


“Məşğulluq” altsisteminə daxil edilmiş 85 minə yaxın vakansiyadan 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib

Cəmiyyət A- A A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsisteminə vakansiyaların daxil edilməsi ilə paralel olaraq, işsiz və işaxtaranlara bu vakansiyalar üzrə e-qaydada göndərişlərin verilməsi prosesi həyata keçirilir.
 
Eurasia Diary-nin nazirliyin rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, ötən dövrdə altsistemə 85 minə yaxın vakansiya daxil edilib ki, onlardan 72300 vakansiya üzrə işsiz və işaxtaran vətəndaşlara e-qaydada göndərişlər verilib.
 
Hazırda isə həm qalan vakansiyalar üzrə göndərişlərin verilməsi, həm də “Vakansiya bankı”na işəgötürənlər tərəfindən yeni vakansiyaların daxil edilməsi prosesi davam edir.
 
İşəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənməsi, vakant iş yerlərinə vaxt itkisi olmadan uyğun namizədi tapa bilirlər.
 
İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə etmək, nəticədə hansısa quruma müraciət etmədən qısa vaxtda işlə təmin olunmaq  imkanı qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...