“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
Bu barədə Eurasia Diary Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. (report)
***
Bu dəqiqəyə qədər “Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.
Eurasia Diary-nin xəbərinə görə, yanğınsöndürmə işləri davam etdirilir.
Hadisə yerinə helikopter də cəlb olunub.(report)
***09:25
Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb.
Eurasia Diary-nin xəbərinə görə, açıqlamada bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.(report)