FHN Sədərək Ticarət Mərkəzinin rəhbərini İTTİHAM ETDİ

Cəmiyyət 13:00 18.02.2020

Sədərək Ticarət Mərkəzində baş verən yanğının genişlənməsinə səbəb mağazalar arasında arakəsmələrin olmamasıdır”.

Eurasia Diary  xəbər verir ki, bunu  Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi Elnur Babayev açıqlamasında bildirib.

“İri obyektlərdə avtomatik siqnalizasiya sistemi quraşdırılmalıdır”

E.Babayev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin prosedur qaydalarına uyğun olaraq, layihə sənədlərinin razılaşdırılması vacibdir:

“Eləcə də obyektin tikintisi başa çatdırıldıqdan sonra tikintinin razılaşdırılmış formada tikildiyini təsdiq etmək üçün əraziyə baxış keçirilir və obyektin yanğın təhlükəsizliyinə davamlılığına dair akt tərtib edilir. Yanğına qarşı tələblər icra olunduğu təqdirdə sənəd müraciət edənə təqdim olunur.

Bugünkü yanğın hadisəsinin başlıca səbəbləri təhqiqatlardan sonra bəlli olacaq və hüquqi qiymət veriləcək.

Amma təcrübə göstərir ki, bu cür yanğın hadisələrinin əsas səbəbi elektrik qurğularının düzgün quraşdırılmaması, avtomatik yanğın xəbər verici siqnalizasiyanın tələb olunan bütün sahələri əhatə etməməsi, eləcə də siqnalizasiya qurğusunun avtomatik rejimdə çalışmamasıdır. Siqnalizasiyanın nazirliyin “112” xidmətini təmin edən Mərkəzi Monitorinq Xidmətinə qoşulması, eləcə də belə iri ticarət mərkəzlərində avomatik yanğınsöndürmə qurğularının quraşdırılması zəruridir.

Bu imkan verir ki, yanğın baş verən hissədə, istiliyin təsirindən avtomatik olaraq, yanğınsöndürmə qurğusunun açarının dağılması nəticəsində su şırnağı vasitəsilə suyun səpələnməsi insan müdaxiləsi olmadan həyata keçirilsin. Bu qurğuların quraşdırılması normativ sənədlərdə öz əksini tapıb. Həmçinin satış mallarının təyinatına görə qruplaşdırılmaması, malların təxliyə yoluna yığılması ilə məhdudlaşdırılması, yanğının baş verəndən sonra söndürülməsinə, insanların təxliyəsinə maneədir. Şükürlər olsun ki, bugünkü hadisə səhər saatlarında baş verdiyindən insan tələfatı olmadı. Bu cür hallarda insan panikaya düşə bilir. Hadisənin tezdən qeydə alınması və insan sayının az olması, böyük tələfatın qarşısını aldı”.

“Ticarət Mərkəzinin yanğın xidmətinin fəaliyyəti yaratmazdır”

FHN rəsmisinin sözlərinə görə. Ticarət mərkəzinə məxsus yanğınsöndürə xidmətinin fəaliyyəti yarıtmaz səviyyədədir:

Sədərək Ticarət Mərkəzinə məxsus Yanğından Mühafizə Hissəsi var ki, onlar da 2 yanğınsödnürmə maşını ilə təchiz edilib. Bu yanğın bir daha göstərdi ki, həmin idarənin əməkdaşları qeyri-peşəkardırlar. Yanğın baş verdiyi an onların əməkdaşları müdaxilə etməli idilər. Qeyd edim ki, həmin idarənin FHN-lə əlaqəsi yoxdur”.

“Sədərək rəhbərliyi xəbərdarlığa məhəl qoymayıb”

E.Babayev qeyd edib ki, nazirlik tərəfindən dəfələrlə  Sədərək Ticarət Mərkəzinə xəbərdarlıq olunub:

“2019-cu il ərzində bir neçə məktubumuz göndərilib. Hətta ticarət mərkəzində Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Yanğın Nəzarəti Xidmətilə birgə şərti yanğın təlimi də keçirilib. Mövcud nöqsanlar barədə aktlar tərtib olunaraq, yenidən rəsmi məktubla obyektin rəhbərliyinə müraciət edilib. Amma görünən odur ki, mövcud yanğınla bağlı dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, müsbətə doğru dəyişiklik qeydə alınmayıb. Eləcə də belə iri ticarət mərkəzlərində vacib və normativ sənədlərin tələbi olan odur ki, tikinti zamanı bina yanğına qarşı sədlərə bölünməlidir. Mağazalar bir-birindən arakəsmə sədlərlə, divarlarla ayrılmalıdır. Təəssüf ki, mağazaların böyük əksəriyyətinin divarları bitişikdir. Bu da yanğının tez bir zamanda yayılmasına təkan verir. Vacib olanı mağazalar yanğına qarşı arakəsmə divarla ayrılmalıdır ki, digər hissəyə keçməsin. Sədlər olduğu halda  3 saat ərzində yanğının digər ərazilərə keçməsinin qarşısı alına bilər. Amma təəssüf ki, dəfələrlə edilən xəbərdalığa baxmayaraq, Sədərək Ticarət Mərkəzində müvafq tdbirlər həyata keçirilməyib”.(Modern.az)

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı