Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşdü

Cəmiyyət 17:15 21.02.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.
 
Qəbuldan əvvəl S.Babayev və Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov ümummilli lider  Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
 
Qəbul zamanı  S.Babayev  Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq,  sosial müdafiə sahəsində aparılan islahatlar, aktiv sosial müdafiə və məşğulluq proqramlarının genişləndirilməsi, yeni DOST mərkəzlərinin, reabilitasiya müəssisələrinin yaradılması, sosial təminat sisteminin innovativ əsasda təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə vətəndaşlara məlumat verib. Nazir, eyni zamanda, sosial layihələrin, eləcə də ünvanlı sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması, ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi üçün müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.
 
Vətəndaşlar qəbul zamanı məşğulluq, özünüməşğulluq proqramı və peşə hazırlığına cəlb edilmə, əlilliyin qiymətləndirilməsi, reabilitasiya, sosial təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər.
 
Nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə hər bir müraciətlə bağlı müvafiq tədbirlər görülüb. Bir sıra vətəndaşların işlə təminatı məqsədilə onlara vakant iş yerlərinə göndərişlər verilib, eləcə də ödənişli ictimai işlərə cəlb edilmələri tapşırılıb.
 
Habelə ayrı-ayrı vətəndaşların özünüməşğulluq proqramına, peşə hazırlığına, sosial xidmətlərə cəlb edilmələri üçün müvafiq işlərin aparılması qərara alınıb.  Əlilliyin qiymətləndirilməsi, sosial təminat və s. ilə bağlı müraciətlərdə qaldırılan bəzi məsələlər  araşdırılması üçün qeydiyyyata götürülüb.
 
S.Babayev Hacıqabul rayonunda özünüməşğulluq proqramının iştirakçıları ilə də görüşüb, proqram çərçivəsində onlar üçün yaradılmış kiçik müəssisələrə (istixana, qapı-pəncərə sexi, şirniyyat sexi və s.) baxış keçirib. Proqram iştirakçıları kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, bu imkandan səmərəli istifadə edərək müəssisələrini inkişaf etdirmək əzmində olduqlarını bildiriblər.
 
Son bir ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Hacıqabul rayonunda 133 aztəminatlı ailəyə lazımi mal və materiallar verilməklə onlar üçün kiçik müəssisələr  yaradılıb. Eyni zamanda, rayonda ötən il 1000-ə yaxın şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən münasib işlə təmin edilib, “İşsizin DOSTu” proqramı çərçivəsində rayonda 350  işsiz və işaxtaran şəxsin isə ödənişli ictimai işlə təminatı həyata keçirilib.
 
Bu gün həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Saatlı rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli  Şirvan  şəhərində vətəndaşları fərdi qaydada qəbul ediblər.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı