Dünən Bakı sakinləri qeyri-adi hadisənin şahidi olublar.
EDNews xəbər verir ki, naməlum kəndirbaz “Alov qüllələri”nə qalxaraq orada “ölüm rəqsi” sərgiləyib.
Kadrlardan göründüyü kimi kəndirbaz küləkli Bakı havasında iki qülləni birləşdirən kəndirin üzərində hərəkət edir.
Qeyd etmək lazımdır ki, onun məharəti həm yerdən, həm də helikopter vasitəsilə qeydə alınıb. (oxu.az)