ABŞ Səfirliyinin Müdafiə üzrə Əməkdaşlıq Ofisi Azərbaycan Gömrük Komitəsi ilə birgə keçirilən layihə çərçivəsində yük maşınlarının yoxlanılması üçün rentgen cihazlarının Azərbaycana çatdırılmasını təşkil edib, bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı Səfirliyi öz rəsmi facebook səhifəsində bildirib.
Bu cihazlar Biləsuvar və Astara postlarında və Ələt dəniz limanında Gömrük Komitəsinə qeyri-qanuni malların müəyyənləşdirilməsində yardım edəcək.
Ümumi layihənin dəyəri 36 milyon dollardır. Bu məbləğə cihazların alışı, quraşdırılması, çatdırılması və işçilərin bu cihazlardan istifadəsi üçün təlimlər daxildir. ABŞ tərəfindən Azərbaycana edilən bu ianə ABŞ-ın Azərbaycana öz sərhədlərini qorumaqda köməklik göstərməsində olan yüksək maraqdan xəbər verir.
Lahiyə ABŞ Müdafiə Departmantenin “Building Partnership Capacity Program” proqramı çərçivəsində həyata keçirilib