Rusiyadakı Azərbaycan diaspor təşkilatları birgə bəyanat verib

Cəmiyyət 16:34 16.03.2020

Rusiya azərbaycanlıları federal milli – mədəni muxtariyyəti “Azərros” un 24 aprel 2020 ci ildə keçiriləcəyi nəzərdə tutulmuş hesabat-seçki Qurultayı mövzusu Rusiyadakı Azərbaycan diasporunun gündəmində qalmaqdadır. Sözügedən mövzunun əsas subyektləri Rusiyadakı Azərbaycan diasporu, Azərbaycanın və Rusiyadakı Azərbaycan diasporunun kütləvi informasiya vasitələridir. Azərrosun Qurultayının keçirilmə qaydalarının birmənalı qəbul edilməməsi, Təşkilatın Prezidenti kürsüsünə irəli sürülən bir sıra namizədlərə qarşı etiraz sözügedən mövzunun ümumdiaspor miqyasında müzakirəsinə səbəb olmuşdur.

Martın 13 də Moskvada diaspor sahəsində müşahidə edilən böhranın səbəblərini müəyyən edib, çıxış yolu tapmaq məqsədilə Rusiya azərbaycanlıları İttifaqının başçısı Fizuli Məmmədovun təşəbbüsü ilə Rusiyadakı yerli və regional milli mədəni muxtariyyətlərin sədrləri, təşkilat mənsubu olmayan ictimai fəalların iştirakı ilə görüş təşkil edilib.

Tədbirdə Rusiya azərbaycanlıları İttifaqının başçısı Fizuli Məmmədov və onun rəhbəri olduğu Təşkilatın mənsubları, Leninqrad vilayəti azərbaycanlıları regional milli-mədəni muxtariyyətinin sədri Naib Paşayev, Moskva vilayəti azərbaycanlıları regional milli-mədəni muxtariyyətinin sədri Elşən İbrahimov, Moskva vilayəti azərbaycanlıları milli-mədəni muxtariyyətinin İdarə Heyətinin üzvü Hidayət Məmmədov, Moskva şəhəri azərbaycanlıları yerli milli-mədəni muxtariyyətlərinin sədrləri Məzahir Qədirli, Əli Kazımov, Azərbaycan mədəniyyəti və dili mərkəzi muxtar qeyrikommersiya təşkilatının Muşahidə Şurasının üzvü Azər Səfərov, təşkilat mənsubu olmayan ictimai fəallar, Moskvanın fəxri inşaatçısı Mirəşrəf Fətiyev, Rusiyanın fəxri vəkili Ələkbər Qarayev, iş adamı Hikmət Cavadov və başqaları iştirak etdilər.

Azərrosun Rusiya azərbaycanlılarının federal statuslu milli mədəni muxtariyyəti olduğunu vurğulayan tədbir iştirakçıları Təşkilatın 11 fevral 2020 ci il bəyanatına etirazlarını bildirdilər. Diaspor mənsubları hesab edir ki, Prezident yanında Milli Şuranın üzvü, Rusiya prezidentinin etibarlı siması olan Azərros Prezidentini, Rusiya Federasiyasındakı azərbaycanlıların yeganə legitim federal təşkilatının rəhbərini cəmisi 53 nəfərin seçməyi səhv qərardır.

Qeyd edək ki, Azərrosun Federal Şurasının 11 fevral 2020 ci ildəki qərarına əsasən aprelin 24 də Azərrosa Prezident və Federal Şuranın yeni tərkibini seçmək hüququna Təşkilata daxil olmuş 12 regional təşkilatdan 24, “Federal Şura”dan 20 və Azərrosun “Ağsaqqllar Şurası”ndan 9 üzv malikdir.

Görüş iştirakçıları hesab edir ki, Rusiyada 100 dən çox yerli, regional, vilayət və əyalət statuslu milli mədəni muxtariyyətin mövcud olduğu halda Prezidentin və Fəederal Şuranın 12 təşkilat tərəfindən seçilməsi federal milli mədəni muxtariyyət haqqında Nizamnamənin bəndlərinə zidddir. Onlar bu qərarı Rusiyadakı böyük Azərbaycan diasporunun maraqlarına qarşı laqeydlik aktı kimi qiymətləndirir.

Diasopor fəalları 11 fevral bəyanatında adıçəkilən “Ağsaqqllar Şurası” adlı orqanın Azərrosun qarşıdadakı Qurultayında iştirakı məsələsinə də toxundular. Belə ki, Azərrosun “Federal Şurası” nın 12 may 2016 cı ildə keçirdiyi iclasının qərarını diqqətə çatdıran tədbir iştirakçıları 4 il bundan əvvəl səlahiyyətlərini Qurultaya qədər dondurmuş Orqanın seçmək və seçilmək hüququna sahib olmasını qeyrilegitim hesab edir.

Xatırlaqdaq ki, Azərrosun Ağsaqqallar Şurası 12 may 2016 cı ildən bəri öz fəaliyyətini dayandırmışdır ki, bu fakt Təşkilatın rəsmi orqanı olan www.fnkaa.ru saytında 13 may 2016 cı ildə çıxan xəbərdə öz təsdiqini tapır. Diaspor iştirakçıları hesab edir ki, Ağsaqqallar Şurası adlı orqan Qurultayda iştirak edəcəyi təqdirdə Qurultayın legitimliyi sual doğuracaq və onun nəticələri məhkəmə predmeti ola bilər.

Görüş iştirakçılarının qaldırdığı məsələlərdən biri də Azərrosun 24 aprel Qurultayında iştirak etmək üçün ərizə vermiş milli mədəni muxtariyyətlərin təmsilçilərinin nümayəndə heyəti statusunda iştirakının təmin edilməsidir. Bu müraciətin təmin edilməsi məqsədilə Rusiyanın Ədliyyə Nazirliyinə artıq ərizə verilib və ona cavab gözlənilir. Rusiyanın Ədliyyə Nazirliyindən şikayətçinin maraqlarını qane etməyən cavab gəldiyi təqdirdə o zaman Azərrosun Qurultayı ilə bağlı diaspor təşkilatı rəhbərləri tərəfindən qəti tədbirlər görüləcək ki, bu haqda Ədliyyə Nazirliyinin cavabından sonra məlumat veriləcək. Görüş iştirakçıları seçki hüququ olan 53 nəfərə də müraciət edəcəklərini və onlarla da görüş planlaşdırırlar.

Diaspor fəallarının fikrincə Azərrosun Qurultayı baş tutduğu şəraitdə Prezident kürsüsünə diaspor işlərində böyük fəaliyyəti, həm də böyük həyat təcrübəsi, cəmiyyətdə nüfuzu, yaxşı maliyyə imkanları olan, mövqeyini müstəqil şəkildə ifadə edəcək, idarəedilməyən Azərbaycanlı olmalıdır. Bu parametrlərə cavab verməyən namizədlərin və xüsusən də müxtəlif güclərin təsiri altında olan şəxslərin Azərrosa rəhbər seçilməsi yolverilməzdir və bu Azərbaycan diasporunda bölücülüyə, Rusiyada isə diaspor daxilində və digər diaspoprlarla milli zəmində gələcək münaqişələrə səbəb ola bilər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
06:05 06.07.2025
İsrail HƏMAS-ın şərtlərini qəbuledilməz sayır
05:33 06.07.2025
"Tramp ABŞ-nin təhlükəsizliyini təhdid edir"
05:00 06.07.2025
Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi?
04:27 06.07.2025
Livan İsraillə sərhəddəki qoşunlarını artırır
03:54 06.07.2025
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
03:22 06.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb
02:50 06.07.2025
İlon Mask siyasi partiya yaradır
02:18 06.07.2025
Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
İndoneziyada zəlzələ baş verib
00:43 06.07.2025
Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib
23:12 05.07.2025
İranın sənaye sektoru İsraillə münaqişədə ciddi zərər çəkib
22:38 05.07.2025
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
22:08 05.07.2025
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Hamısı