“Yayda müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar keçiriləcək” - Vüsal Xanlarov | Eurasia Diary - ednews.net

27 May, Çərşənbə


“Yayda müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar keçiriləcək” - Vüsal Xanlarov

Cəmiyyət A- A A+

“Yay aylarında müəllim, şagird və valideynlər üçün onlayn seminar və kursların keçirilməsi nəzərdə tutulur. Ətraflı proqram üzərində işləyirik, yəqin ki, bayram həftəsi ərzində proqramı tam hazırlayıb elan edəcəyik”. 

EDNews.net-in xəbərinə görə, bu barədə  Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib. Onun sözlərinə görə, ilk növbədə şagirdlər, valideynlər və müəllimlər arasında portal vasitəsilə sorğu keçiriləcək ki, onlara maraqlı olan mövzular və tədbirlər təşkil edilsin:

“Artıq maraq göstərilmiş bir neçə istiqamət var ki, bu istiqamətdə işimizi qururuq. Birinci, ingilis dilinin öyrənilməsi ilə bağlı bütün fənn müəllimləri üçün onlayn seminarlara başlayacağıq. İkinci istiqamət müxtəlif fənlərdə innovasiyaların tətbiqi, riyaziyyat, mühəndislik və s. istiqamətlər üzrə seminarlardır. Proqramlaşdırma, kodlaşdırma ilə bağlı seminarlar keçirmək planımız da var. Eyni zamanda məktəbdənkənar istiqamət üzrə də seminarlar təşkil olunacaq. Məktəbdənkənar mövzular əsasən əl işləri, bədii qiraət, məntiqi riyaziyyat, əyləncəli fizika, dizayn, virtual robototexnika, dama, şahmat, nitq mədəniyyəti və s. məsələlərlə bağlıdır. Mövzu daha çoxdur, ancaq bundan başlamağı planlaşdırırıq”. 

İdarə rəisi deyib ki, hazırda valideynlərin onlayn görüşü üzərində də iş gedir: “Çalışırıq sistemi elə quraq ki, valideyn iclasları keçirmək mümkün olsun. Əslində indi də mümkündür, yəni valideynlər şagirdin səhifəsindən girərək müəllimlərlə, sinif rəhbərləri ilə valideyn iclasları keçirə bilərlər. Direktorlar da məktəblərinin bütün müəllimlərini bir yerdə görür və ünsiyyət imkanı yaranır. Məktəb direktorları, direktor müavinləri üçün də qruplar var, orada müzakirələr apara bilərlər. Bu qruplar artıq məktəblər, rayonlar üzrə formalaşıb".(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...