Yol polisindən - XƏBƏRDARLIQ | Eurasia Diary - ednews.net

30 May, Şənbə


Yol polisindən - XƏBƏRDARLIQ

Cəmiyyət A- A A+

Son günlər bölgələrdə mal-qaranın yaylağa köçürülməsi prosesinə başlanılıb. Təəssüfki, köç prosesi bəzən asfalt örtüklü yollar vasitəsilə həyata keçirilir. Bu isə həm sürücülər, həm də mal-qara və onu ötürənlər üçün təhlükə yaradır, hətta bəzən yol-nəqliyyat hadisələrinə səbəb olur.

EDNews.net  xəbər verir ki, qanunvericiliyə müvafiq olaraq, mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır, o cümlədən, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitindədəmir yollarından, yolların, küçələrin, meydanların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qara ötürülməməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi mal-qara sahiblərinə xəbərdarlıq edərək, heyvanları asfalt və sement-beton örtüklü yollarla ötürmənin qadağan olduğunu, sürücülərə isə belə hallarla rastlaşarkən diqqətli olmağı və hərəkət sürətini minimuma endirməyin zəruri olduğunu bildirir.(xəzərxəbər)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...