Mütəxəssislərdən XƏBƏRDARLIQ: - Bu maskaları... | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Mütəxəssislərdən XƏBƏRDARLIQ: - Bu maskaları...

Cəmiyyət A- A A+

Koronavirus dünyada fəsadlar törətməyə davam edərkən, bir çox səhiyyə təşkilatları insanların evdən uzaqlaşdığı müddətdə mütəmadi maska geyinmələrini tövsiyə edir.

EDNews.net xəbər verir ki, mütəxəssislər yuyula bilən maskaların istifadəsinin daha sərfəli və etibarlı olduğunu bildirib.

Ancaq burada vacib bir məqam var. Yalnız pambıq və ya polipropilen kimi parçadan hazırlanan maskaları yumaq virus və bakteriyaları öldürməkdə təsirlidir. Əgər cərrahi maskalarınız varsa və onları bir daha istifadə etməyə çalışırsınızsa, yenidən düşünməlisiniz.

Cərrahi maskalar kağız salfetindən daha güclü olan bir parçadan hazırlanır. Bu maskalardakı komponentlər evdə istifadə edə biləcəyiniz bəzi təmizləyici maddələr tərəfindən ciddi şəkildə zədələnə bilər.

Parçadan hazırlanan fərdi qoruyucu maskaların bir müddəti var. Mütəxəssislər mütəmadi yuyulmanın parçadan hazırlanan maskaları zədələyə biləcəyini də qeyd edib. Bu səbəbdən bir neçə yuyulmadan sonra maskanı yeniləməyinizdə fayda var. (publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...