Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb

Cəmiyyət A- A A+

Quba rayonunda avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb.

EDNews.net  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Quba rayonunun Ördüc kəndi ərazisində "УАЗ” markalı minik avtomobili dərəyə aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...