BMT-nin səlahiyyətli nümayəndələri "Məşvərətçi Status"-un faydaları barədə çıxışlar etdi

Cəmiyyət 11:18 29.05.2020

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda keçirilən vebinarda BMT-nin bir neçə səlahiyyətli nümayəndələri də maraqlı çıxışlar etdilər. 

BMT Cenevrə ofisi Baş direktorunun QHT-lərlə əlaqə bölməsinin rəhbəri xanım Lidiya Qriqoryeva tədbiri təşkil etdiyi üçün BAMF rəhbərliyinə minnətdarlığını bildirib və bu il BMT-nin yaradılmasının eləcə də QHT-lərlə əməkdaşlığın 75 illiyinin qeyd edildiyini vurğulayıb. “BMT vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq olduqca əhəmiyyətlidir. Çünki bu tərəfdaşlıq sülh və təhlükəsizliyi qorumaq, iqtisadi və sosial tərəqqini təşviq etmək, fundamental insan hüquq və azadlıqlarını müdafiə etmək kimi məqsədlərə çatmaqda  BMT-yə kömək edir” deyə L. Qriqoryeva bildirib. O, BMT-nin məşvərətçi statusunun verdiyi üstünlükləri qeyd edərək, bu status sayəsində QHT-lərin ekspert təhlilləri, beynəlxalq sazişlərin yoxlanılması hüququ kimi bir sıra səlahiyyətlər əldə etdiyini də ifadə edib.

Bundan əlavə vebinarda Beynəlxalq Demokratik Hüquqşunaslar Assosiasiyasının BMT Cenevrə ofisi yanında daimi nümayəndəsi xanım Mikol Savia məşvərətçi statusu əldə etmək üçün lazım olan tələbləri iştirakçıların diqqətinə çatdırdı. O, beynəlxalq hüquq prinsiplərinin vacibliyini, BMT-nin əsas dillərində sərbəst fikir ifadə etmək və bu statusu daşımağın böyük məsuliyyətini bildirdi. Bundan əlavə o, insan hüquq və azadlıqlarının müdafiəsi, beynəlxalq hüquqi normaların qorunması istiqamətində BAMF-la tərəfdaşlıqda maraqlı olduğunu bir daha qeyd etdi.

EDNews.net xanım Lidya Qriqoryeva və Mikol Savianın çıxıxşlarının tam mətnini sizlərə təqdim edir:   

Hörmətli tədbir təşkilatçıları!
Xanımlar və cənablar,
 
İlk öncə sizləri Cenevrədən salamlayıram.
 
Hazırda COVID-19 pandemiyası ilə əlaqədar mən və mənim Cenevrədəki bütün həmkarlarım, məsafədən iş rejimində fəaliyyət göstəririk. Bu gün məni bu konfransa dəvət edərək, qeyri-hökumət təşkilatları (QHT) ilə Birləşmiş Millətlər Təşkilatı arasında qarşılıqlı əməkdaşlığın vacibliyi, həmçinin İqtisadi və Sosial Şura (ECOSOC)  ilə məşvərətçilik statusu çərçivəsində bu qarşılıqlı əlaqənin təcrübədə necə həyata keçirildiyi barədə mənə danışmaq imkanı verildiyi üçün, bugünkü tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. 
 
Bu il BMT-nin 75 illiyini qeyd edirik. Yarandığı 1945-ci ildən bəri BMT ilə QHT-lər aktiv əməkdaşlıq fəaliyyəti göstərirlər. O vaxtdan bəri bu qarşılıqlı əlaqə, həm iştirakçıların sayı və müxtəlifliyi, həm də əsas məsələlər və prioritetlər baxımından dərin dəyişikliklərə məruz qalmışdır.
 
BMT, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı çox vacib hesab edir, çünki bu tərəfdaşlıq təşkilatın sülh və təhlükəsizliyini qorumaq, iqtisadi və sosial tərəqqini təşviq etmək eləcə də, fundamental insan hüquqlarını təsdiqləmək kimi məqsəd və prioritetlərə nail olmağa köməklik edir.
 
QHT-lərin BMT ilə qarşılıqlı fəaliyyətinin institutlaşdırılması, 1945-ci il iyun ayının 26-sı tarixində  imzalanan BMT Nizamnaməsinin 71-ci maddəsində təsbit və təsdiq edilmişdir. O zaman təşkilatın yaradılması prosesində iştirak edən bir neçə QHT sayəsində, BMT Nizamnaməsində ECOSOC-un səlahiyyətlərinə aid məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları, məsləhətləşmələr aparmaq iqtidarını almışdır. Bütün bu nəzərdə tutulan  müddəalar qeyd olunan 71-ci maddədə öz əksini tapmışdır.
 
Məhz elə bu səbəb QHT-lər ilə BMT arasında əməkdaşlıq və məsləhətləşmələr üçün imkan yaratmışdır.
 
Xatırladım ki, ECOSOC Baş Assambleya, Təhlükəsizlik Şurası, Katiblik, Beynəlxalq Ədalət Məhkəməsi və Qəyyumluq Şurası ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsi olan altı əsas qurumlardan biridir. ECOSOC iqtisadi, sosial və ətraf mühit məsələlərində əlaqələndirmə, siyasətin aparılması, dialoq və tövsiyələrin hazırlanması, habelə beynəlxalq səviyyədə razılaşdırılmış inkişafa dair məqsədlərinin həyata keçirilməsi üçün təməl orqandır.
 
Hal-hazırda ECOSOC onun fəaliyyətində QHT-lərin iştirakı üçün çərçivə daxilində rəsmi müddəalara  malik olan BMT-nin yeganə əsas orqanı olaraq qalmaqdadır. Fəaliyyət dövrü ərzində həyata keçirilən bir sıra islahatlardan sonra QHT və ECOSOC arasında məşvərətçi xarakterli münasibətlər 1996/31 saylı qətnamə ilə tənzimlənir. Bu qətnamədə məşvərətçi statusunun alınmasına dair tələblər, QHT-lərin hüquq və vəzifələri, statusun ləğvi və ya dayandırılması prosedurları, ECOSOC-un, QHT-lərin fəaliyyəti üzrə Komitəsinin rolu və funksiyaları,  eləcə də, BMT Katibliyinin məşvərətçi xarakterli əlaqələri dəstəkləmək kimi öhdəlikləri müəyyən edilmişdir.
 
Qeyd olunan akkreditə olunma sistemi həm BMT, həm də QHT-lərə mühim fayda verir. 
 
Bir tərəfdən:
QHT-lər BMT üçün vacib amil hesab edilən: səlahiyyətdən düzgün istifadə bacarığı, praktik təcrübə və çevikliyə malikdirlər. Məşvərətçi statusuna sahib olan QHT-lərin imkanları və səlahiyyətləri:
Müəyyən olunmuş yerlərdə əldə edilmiş təcrübələri əsasında birbaşa müşahidəçi təhlilini aparmaq;
Erkən xəbərdarlıq agenti kimi çıxış etmək;
Beynəlxalq müqavilələrin monitorinqi və həyata keçirilməsində köməklik göstərmək;
Müvafiq məsələlər haqqında ictimaiyyətin məlumatlandırılması;
BMT-nin məqsəd və vəzifələrini təbliğ etmək, həmçinin,
BMT həyata keçirdiyi tədbirlərdə qarşılıqlı məlumat və təcrübə mübadiləsi.
 
Digər tərəfdən: 
ECOSOC yanında məşvərətçi statusu olan QHT-lərə qlobal idarəetmədə iştirak etmək, dünyavi auditoriya tərəfindən eşidilmək və BMT-nin gündəliyinə töhfə vermək imkanı verir. Məşvərətçi statuslu akkreditə olunmuş QHT-lər aşağıdakı qeyd olunan səlahiyyətlərə malikdirlər:
Beynəlxalq konfrans və tədbirlərdə iştirak etmək imkanı;
Qeyd olunan tədbirlərdə yazılı və şifahi bəyanatlarla çıxış etmək imkanı;
Təşkilatlarına aid olan əsas və paralel tədbirlərini təşkil etmək imkanı;
Digər əməkdaşlıqda maraqlı olan iştirakçılarla əlaqələr qurmaq və QHT-lərin iştirak etdiyi mövzuları təbliğ etmək imkanı; 
 
Məşvərətçi statusunu aldıqdan sonra QHT-lər ECOSOC və yardımcı qurumların, yəni ECOSOC-un tərkib hissəsi olan səkkiz funksional komissiyanın (misal olaraq,Qadınların Məsələləri ilə məşqul olan Komissiya və ya Davamlı İnkişaf Komissiyası və s.), Beş regional komissiyanın (Avropa İqtisadi Komissiyası misal olaraq qeyd oluna bilər) eləcə də, digər qurumların  o cümlədən, Yerli Məsələlər üzrə Daimi Forum, İnsan Hüquqları Şurası və onun mexanizmlərinin fəaliyyətində iştirak edə bilər.
 
Bu illər ərzində QHT-lərin BMT-nin həyata keçirdiyi işlərdə iştirakı prosesində artım müşahidə olunur. 1946-cı ildə  41 QHT məşvərətçi statusuna sahib idi. 1992-ci ildə onların sayı 700-ə çatdı.  Hal-hazırda 5,451  Qeyri Hökümət Təşkilatı ECOSOC yanında məşvərətçi statusuna malikdir.  Məndə olan məlumata görə, Azərbaycandan ECOSOC yanında məşvərətçi statusuna malik olan 14 QHT fəaliyyət göstərir. Onların əksəriyyəti bu statusu son 10 il ərzində əldə etmişdir. Azərbaycandan təxminən 108 QHT, status almaq üçün müraciət edərək BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin məlumat bazasında qeydiyyata alınmışdır.
 
Burada vacib bir məqamı qeyd etmək lazımdır. ECOSOC vasitəsilə məşvərətçi çərçivəsində statusa və fəaliyyətə əlavə olaraq, QHT-lərin BMT-də iştirakının digər növləri də mövcuddur. Məlumatın yayılması funksiyasını yerinə yetirən QHT-lər, Birləşmiş Millətlər Təşkilatının Qlobal Rabitə İdarəsi tərəfindən də akkreditə olunabilər. 
QHT-lər BMT-yə üzv olan ölkələrdən "etirazın olmaması" prinsipi ilə yüksək səviyyəli tədbirlərdə və xüsusi tədbirlərdə də iştirak edəbilərlər. Bundan əlavə, siyasi və əməliyyat məsələlərində əlaqəni birbaşa BMT Ticarət və İnkişaf Konfransı (UNCTAD),  BMT İnkişaf Proqramı, BMT Ətraf Mühit Proqramı, BMT Qaçqın və Məcburi köçkünlərin işi üzrə Ali Komissarlığı və BMT Uşaq Fondu (UNICEF) kimi BMT agentlikləri, proqramları və fondları ilə əlaqələndirmək olar. 
 
Qeyd etmək lazımdır ki, bu dövr ərzində QHT-lər BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı, UNESKO və Ümumdünya SəhiyyəTəşkilatı kimi beynəlxalq qurumlarla, eləcədə Beynəlxalq Əmək Təşkilatı ilə də əməkdaşlıq etməkdədir.  QHT-lər, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi və Beynəlxalq insan hüquqları mexanizmləri ilə, o cümlədən müqavilə qurumları, İnsan Hüquqları Şurasının xüsusi prosedurları və universal dövri hesabat ilə də sıx əməkdaşlıq edir. QHT-lərin milli səviyyədə BMT-nin ölkə komandaları ilə tərəfdaşlığı qlobal hədəflərə çatmağa köməklik edir.
 
Bu illər ərzində vətəndaş cəmiyyəti subyektləri üzv ölkələri, tərksilah, inkişaf, insan hüquqları və digər məsələlərə dair qərar və qətnamələrin qəbul edilməsinə inandıraraq BMT-nin işinə mühüm töhfələr vermişdilər. Eləcədə QHT-lər yeni müqavilələrin və hətta BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi kimi səviyyəli qurumların inkişafına töhfə vermişdir.  Həmçinin, QHT-lər, Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasında da mühüm rol oynayıblar.  Ətrafmühit, qadın hüquqları və piyada əleyhinə minalar, kimi BMT-nin gündəmindəki yeni mövzuların təşəbbüsçüsü kimi çıxış etmişlər.  Qaçqınlara humanitar yardım göstərdilər və şiddətli konflikt yaşamış cəmiyyətlərdə inkişaf problemləri ilə məşğul oldular. QHT-lər Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsinə öz töhfələrini veriblər və 2015-ci ildən etibarən, ümumdünya gündəliyi çərçivəsində 2030-cu ilə kimi davamlı inkişafa yönəlmiş 17 hədəfi ilə QHT-lər onların həyata keçirilməsində köməklik göstəriblər.
Hazırda çox nadir hallarda, hökumətlərarası qərar və sazişlər QHT-lərin xüsusi iştirakı olmadan və QHT-lər ilə məsləhətləşmələr olmadan qəbul edilir.
 
 
Bütün ölkələrə öz təsirini edən COVID-19 pandemiyası  ilə bağlı mövcud vəziyyət, BMT sistemindəki QHT-lərin rolunun kifayət qədər artacağını göstərir. QHT-lərin bir çoxu hal-hazırda  pandemiyadan əziyyət çəkən icmalara yardım etmək üçün ön sıradadırlar. Faktiki olaraq, QHT-lərin zaman-zaman  inkişaf etməkdə olan ölkələrdə Ebola və malyariya kimi genişmiqyaslı epidemiya ilə mübarizə aparmaq təcrübələri, onların ictimai səhiyyənin dəstəklənməsində vacib olan rolunu və aktuallığını artıq sübut etmişdir.  Bununla bərabər,  “postpandemiya” dövründə də, QHT-lərin rolu iqtisadi böhrandan, iş yerlərinin itqisindən və dolanışıq imkanlarının zəifləməsindən təsirlənmiş icmalara və qruplara yardım fəaliyyətində  əhəmiyyətli olacaqı gözlənilir.  Nəzərə alaq ki hal-hazırda  əhalinin bəzi təbəqələrinin ən həssas qruplardan olaraq mövcud vəziyyətdən daha çox təsirləndiyinin şahidiyik. Bu qruplara qadınlar, yaşlılar, əlillər, kimsəsizlər, məişət zorakılığının qurbanları, azadlıqdan məhrum olanlar, qaçqınlar, sığınacaq axtaranlar və ümumiyyətlə aztəminatlı insanlar aiddır.  Öz növbəsində QHT-lər pandemiyadan sonra cəmiyyətin bu təbəqələrinin ehtiyaclarını nəzərə alan; tibbi, iqtisadi və sosial məsələlərlə bağlı “postpandemiya siyasəti”nin tərtib edərək, təmin edilməsində köməklik göstərə bilər. Həmçinin, QHT-lər, hədəf qrupları ilə etibar zəminində yaratdıqları münasibət sayəsində, qeyd olunan həssas qrupların hakimiyyət orqanları ilə təmasını təmin edərək, bu qruplara köməklik edə bilərlər. 
Pandemiyanın başlandığı gündən etibarən bir neçə analitik hesabat hazırlayan BMT nin baş katibi, bu nəşrlərdə COVİD 19-un qlobal problemlərinə diqqəti cəlb edərək, vətəndaş cəmiyyəti tərəfindən mövcud böhranın aradan qaldırılmasında xüsusi rolunu vurğulamışdır.
 
Beləliklə, QHT-lərlə BMTnin qarşılıqlı əməkdaşlıq əlaqələri artan templə davam edəcəkdir.
Məlumat verim ki,  Cenevrədəki BMT nümayəndəliyimizdə bu il 1500-dən çox QHT akkreditə olunmuşdur.  Bu, ötən illə müqayisədə 4% çoxdur və artıq bir neçə ildir ki, belə artım müşahidə olunur.  QHT-lərin fəal iştirakı Beynəlxalq əməkdaşlığı daha da gücləndirir və mən, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarını ECOSOC-da məşvərətçi statusunun alınması ilə əldə olunan  imkanlardan istifadə etməyə dəvət edir və çağırıram ki, onların sözləri hökumətlərarası səviyyədə qəbul olunan qərarlarda eşidiləcək və öz yerini tapacaqdır, bu da öz növbəsində milli hədəf və vəzifələrin ümummilli səviyyədə inkişafına köməklik göstərəcəkdir. 
Azərbaycanda fəaliyyət göstərən QHT-lər,  BMT-nin Cenevrədəki nümayəndəliyi, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən fəal dəstəkləndiyinə görə çox şadam. Qeyd etmək lazımdır ki,  Beynəlxalq Avrasiya Mətbuat Fondu bu proseslərdə çox vacib müəlliflərdən  biridir.  Mən bu şəkildə əməkdaşlığı yalnız alqışlaya bilərəm və ümid edirəm ki, Cenevrədəki ofisimdə Azərbaycandan olan bir çox QHT-ləri ECOSOC məşvərətçi statusu ilə görə biləcəyəm.
 
Təşəkkür edirəm.
 

Çox sağolun.

Hamını salamlayıram.

Belə bir maraqlı vebinar təşkil etdiyinizə və məni də bura dəvət etdiyinizə görə təşəkkür edirəm. Məndən öncə çıxış edənlərin fikirlərində  bir çox faydalı məlumatlar səsləndirildi və buna görə onlara xüsusi minnətdarlığımı bildirirəm. Daha öncə də təqdim edildiyi kimi, mənim adım Mikol Saviadır. Mən Beynəlxalq İnsan Hüquqları üzrə vəkiləm. Əslən İtaliyadanam, amma 2008-ci ildən bəri əsasən Cenevrədə çalışıram və Birləşmiş Millətlər Təşkilatı yanında Demokratik Hüquqşünasların Beynəlxalq Assosiasiyasında QHT-ləri təmsil edirəm. 

Bu təşkilat 1946-cı ildə vəkillərin ümumi fəaliyyətini təmin etmək üçün qurulmuşdur və BMT nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərməkdədir. Bizim ilk Prezidentimiz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas qurucularından biri olan tanınmış vəkil Rene Kassini idi. ECOSOC yanında Məşvərətçi Statusu bizə 1969-cu ildə verilib. O vaxtdan bəri BMT-nin insan hüquqları mexanizmləri və digər sahələrdə aktiv şəkildə fəaliyyət göstəririk. Hazırda BMT-nin Cenevrə, Nyu-York, Vyana və Parisdəki Baş Qərargahlarında daimi nümayəndələrimiz var.

Mən müxtəlif formatlı görüş və konfranslarda iştirak etmişəm, amma əsas işim Cenevrədədir. Buna görə insan hüququ ilə bağlı təcrübəmi sizinlə bölüşmək istərdim. Ümumiyyətlə, təcrübəmə əsaslanaraq deyə bilərəm ki, QHT-lərin BMT-nin işinə verdiyi töhfə böyük əhəmiyyət kəsb edir. İnsan hüquqlarının təşviqi və qorunması istiqamətində irəliyə atılan ən vacib addımın vətəndaş cəmiyyəti hərəkatlarının təşviqi ilə atıldığı məlumdur. BMT-nin müxtəlif fəaliyyət istiqamətlərində işinə töhfə verə biləcək QHT-lərin heç də hamısı ECOSOC-un Məşvərətçi statusunu əldə etməsivacib deyildir. 

Bundan əlavə, BMT-nin prinsipləri, fəaliyyət normaları haqqında bir çox bilgiləri təbliğ edərək yerli nümayəndələrlə işləməklə yanaşı, insan hüquqları sahəsində fəaliyyətlərini yaxşılaşdırmaq məqsədilə beynəlxalq hüquqa dair vəzifə və öhdəliklərini daha yaxşı anlamaq üçün hökumətimizə kömək edə bilərik. O üzdən də, Məşvərətçi Statusunu əldə etməyə ehtiyac yoxdur. Həmçinin, BMT ilə qarşılıqlı əlaqələrə malik olmaq üçün də Məşvərətçi statusuna ehtiyacımız yoxdur. Məsələn, hər bir fərd, qruplara deyə bilər ki, müvafiq məlumatları sistemə daxil edərək Birləşmiş Millətlər Təşkilatına təqdim etsinlər. Bu məlumat geniş və etibarlıdırsa, məşvərətçi statusu olmasa belə onu nəzərə ala bilərik.

Lakin ECOSOC yanında Məşvərətçi statusuna sahib olmaqla biz BMT-nin rəsmi iclasında iştirak edə və nəticədə BMT ilə əməkdaşlıqda rol oynaya bilərik. Məşvərətçi statusu vətəndaş cəmiyyəti təşkilatlarına İnsan Hüquqları Şurasında geniş imkanlar və fürsətlər yaratmaqla yanaşı, BMT Baş Assambleyası və ya Təhlükəsizlik Şurası kimi BMT orqanları tərəfindən fəaliyyət göstərə bilmə imkanı da verir. İnsan Hüquqları Şurası QHT-ləri akkreditə edərkən bütün bəyanatları ümumi debatlarda və İnsan hüquqları mütəxəssisləri ilə interaktiv dialoq şəraitində təqdim edirlər. Şifahi bəyanatlar nümayəndə heyətinin diqqətini insan hüquqlarının pozulmasına, beynəlxalq ictimaiyyətə ünvanlanmalı olan problemlərə yönəltməyə imkan verir. Belə bəyanatların verilməsində məyusluq doğuran məqam QHT-lərin sayının çox olmasına görə vaxtın məhdudluğu ilə bağlıdır. Belə ki, bizim üçün cəmi 90 saniyə vaxt ayrılır, hər bəyanata 1 dəqiqə yarım vaxt ayrılır. Biz çox şey deyə bilərik, amma bu da, ən azından səsimizi dinləmək üçün əhəmiyyətlidir. Bundan əlavə, iclasın rəsmi sənədi sayılacaq yazılı bəyanat da verə bilərik və bu bəyanat sonra katiblik tərəfindən geniş yayılır.

BMT-nin Baş Qərargahında İnsan Hüquqları Şurasının iclasın zamanı paralel tədbirlər təşkil edə bilərik. BMT tərəfindən bizə məkan ayırılır, BMT heyəti yardım göstərir və bunların hamısı pulsuzdur. Belə tədbirlərin çox olduğu üçün çox sayda insanın diqqətini cəlb etmək çətindir. Buna baxmayaraq QHT-ləri və ən yaxşı halda BMT-yə üzv dövlətlərdən olan həmkarlarımızla bu cür yüksək səviyyəli tədbirlər təşkil edə bilərik.  

Fikrimcə, məşvərətçi statusuna sahib olmağın əhəmiyyəti akkreditə olunmuş QHT-lərin qərar qəbul etmə prosesinə və hamımızın həyatına müəyyən dərəcədə təsir edəcək digər təşəbbüslərə yaxın olmağa imkan verməsindən ibarətdir. Adətən bir sıra dövlətlərdən olan ekspertlərə və bütün maraqlı tərəflərə müraciət etmək üçün təbliğat aparırıq. Və  təsəvvür edin onların hamısını eyni vaxtda bir otaqda toplaşırlar. Onlara yaxınlaşa, narahatlığınızı onlarla bölüşə, məsləhətlər və təkliflər verə bilərsiniz. Əgər işinizi yaxşı görsəniz və səbrli olsanız sizi narahat edən məsələnin gec-tez BMT-nin rəsmi sənədində əks olunacağına əmin ola bilərsiniz. Bu o deməkdir ki, beynəlxalq hüququn inkişafına təsir edə və formalaşdıra bilərik ki, bu da çox önəmlidir. Çıxışımı yekunlaşdırmaq istəyirəm, amma deyəcəyim çox şey var.

Ancaq vaxtımız azdır. Bir məsləhət vermək istərdim. BMT ilə səmərəli qarşılıqlı fəaliyyət göstərmək üçün ilk növbədə beynəlxalq hüququ mükəmməl bilmək vacibdir. Siz daim bu sahədə biliyinizi artırmalısınız. Son 12 ildə mən yalnız bununla məşğul olmuşam və hələ öyrənəcəyim çox şey var. Həmçinin, siyasiləşdirilmiş və dövlətlər arasındakı münasibətlərin güclü təsir göstərdiyi olduqca həssas bir sahədə işləməyimizi nəzərə alsaq, beynəlxalq münasibətləri bilməyin də faydası var. Nəhayət dil biliklərinin olması da vacibdir, çünki təəssüf ki, nə azərbaycan, nə də italyan dili BMT-nin rəsmi dili deyil. BMT müxtəlif dillərə şifahi və yazılı tərcüməni təmin etməyi öhdəsinə götürsə də, digər dillərdə olan mənbələr və sənədlər xüsusən də ingilis dilini bilməyənlər üçün adətən əlçatmaz olur.

Beləliklə, BMT ECOSOC yanında Məşvərətçi statusuna sahib olmaq və iclaslarda iştirak etmək böyük üstünlükdür. Bu üstünlüklər vəzifə və məsuliyyətlərdən irəli gəlir. Düşünmürəm ki, vəzifə və öhdəliklər barədə geniş danışmağa vaxtımız olsun. Ümid edirəm, növbəti görüşdə bu barədə danışarıq. Beləliklə, son olaraq 70 il əvvəl biz, BMT xalqı, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, hamının iqtisadi və sosial inkişafı məqsədilə beynəlxalq mexanizmdən istifadə etmək üçün gücümüzü birləşdirməyə qərar verdik. Post-pandemiya dövründə 1945-ci ildə verdiyimiz vədlərə görə ortaq hərəkət etmək əzmini gücləndirmək üçün hər zamankindən daha qətiyyətli olmalıyıq. BMT bizi həlledici rol oynamağa çağırır və yaxın gələcəkdə bu asan olmayacaq. Biz nəzarət və kömək etmək üçün orada olmalıyıq. BMT bizim təşkilatdır və ona töhfə vermək borcumuzdur. Bütün bunlara görə mən Beynəlxalq Avrasiya Mətbuat Fonduna, ona BMT-nin Azərbaycandakı nümayəndəliyi və QHT Şurasının dəstəyi ilə göstərdiyi təşəbbüsə görə minnətdaram. Mən digər məruzəçiyə qoşularaq BMT ilə əlaqənizi davam etdirmək məqsədilə məşvərətçi statusu almaq üçün müraciət etməyinizi tövsiyə edirəm. Diqqətiniz üçün təşəkkürlər.

Suallarınızı cavablandırmağa hazıram və növbəti dəfə Cenevrədə görüşəcəyimizə ümid edirəm.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Hamısı