Milli Məclisin iclasları TV-də yayımlanacaq - RƏSMİ | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Milli Məclisin iclasları TV-də yayımlanacaq - RƏSMİ

Cəmiyyət A- A A+

Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac var. İnternet televiziyasının yaradılması parlamentin daha geniş təmsil olunmasına şərait yaradacaq.

EDNews.net xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında çıxış edən deputat Azər Kərimli deyib.

O bildirib ki, peşəkar insanlar tərəfindən hazırlanan materiallar həm də etibarlı istinad mənbəyi ola bilər:

“Dünyanın bir çox ölkələri bu təcrübədən istifadə edir”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndirdiyi təklifi müsbət qiymətləndirib:

“Parlamentin payız sessiyasından etibarən kanalların birində Milli Məclisin bir saatlıq fəaliyyəti ilə bağlı proqram yayımlanacaq. Hazırda bu sahə ilə bağlı iş gedir”.

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...