Azərbaycanda komendant saatı tətbiq olunacaq - RƏSMİ | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Azərbaycanda komendant saatı tətbiq olunacaq - RƏSMİ

Cəmiyyət A- A A+

“Son günlər koronavirus infeksiyasının artması müşahidə olunur. Əsas səbəb vətəndaşların karantin rejiminə əməl etməməsidir”.

EDNews.net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qapalı yerlərdə əhali qaydalara əməl etmirlər:

“Yenidən karantin rejiminin yumşaldılmasının dayandırılması və məhdudlaşdırmanın qoyulması məsələsi aktuallaşır.

O əlavə edib ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 05:00-a kimi tam qapadılma, məhdudlaşdırılma ola bilər:

“Hərəkətin tam məhdudlaşdırılması rejimi yaradılır”.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...