400-Ə YAXIN AZƏRBAYCANLI BƏƏ-DƏN TƏXLİYƏ GÖZLƏYİR - VİDEO | Eurasia Diary - ednews.net

10 Avqust, Bazar ertəsi


400-Ə YAXIN AZƏRBAYCANLI BƏƏ-DƏN TƏXLİYƏ GÖZLƏYİR - VİDEO

Cəmiyyət A- A A+

Birləşmiş Ərəb Əmirlikləri Covid-19 pandemiyasına görə bağladığı sərhədlərini 3 aylıq fasilədən sonra tam açmağa hazırlaşır. Eyni zamanda hökumət çox ciddi tədbirlər görür ki, koronavirus dəniz və quru yolla ölkəyə yenidən daxil olmasın. Birləşmiş Ərəb Əmirliklərinin turizm və kommersiya marketinqi departamenti bildirib ki, bu ölkədə turistləri təhlükəsiz atmosfer, təmassız texologiyalardan istifadə və sərnişinlərin tibbi müayinədən keçirilməsi üçün ən müasir avadanlqıdan istifadə gözləyir. Bütün görməli yerlər və turistlərin çox müraciət etdiyi məkanların yüksək səviyyədə dezinfeksiya olunacağını hökumət vəd verir. Amma bu hazırlıq tədbirlərinə baxmayaraq Birləşmiş Ərəb Əmirliklərində koronavirus pandemiyası bitməyib. Ölkə virusla necə mübarizə aparır, oradakı azərbaycanlıların durumu necədir və ümumiyyətlə pandemiyanın BƏƏ-Azrbaycan münasibətlərinə təsiri haqda bu ölkədəki səfirimiz Mahir Əliyev CBC-nin suallarını cavablandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...