SOS: Karantin rejimində oğurluq cinayətləri kəskin artıb

Cəmiyyət 11:29 10.07.2020

Karantin rejiminin davamlı olaraq uzadılması COVID-19-a yoluxma riskini azaltmaqla bərabər bütün sahələrdə ciddi problemlərə yol açıb. Son günlərdə isə “problemlər zənciri”nə oğurluq cinayətlərinin kəskin şəkildə artması əlavə olunub.

Pandemiya dövründə tətbiq olunan karantin rejimi dövründə insanların iş yerlərindən məhrum olması, bank kreditləri, alimentlər üzrə yığılan borclar cinayət hallarının artmasına səbəb ola bilər. Oğrular yaxşı bilirlər ki, necə deyərlər, pis sülh yaxşı müharibədən daha yaxşıdır. Bunu sosioloq Zəminə Səfərova EDNews.net-ə açıqlamasında deyib.  

Yeri gəlmişkən, pandemiya zamanı insanlar evdə otururlar. Bəziləri isə bağ evlərinə köçüblər. Sahibsiz evlərə hər zaman oğrular daha çox maraqlı olublar. Belə oğruların məqsədi çox zaman insanlara xəsarət yetirmək deyil, bahalı əşyalar, pul, qızıl, avtomobil əldə etməkdir. Bu kimi hallar həmişə hər zaman bütün dünyada baş verib. Boş mənzillərə girməyə cəhdlər ola bilər, lakin siqnalizasiya sisteminə qoşulmuş təhlükəsizlik cihazı  reaksiya verdiyi zaman qarətçilər ələ düşməmək üçün cinayət yerini tələsik tərk edə bilərlər. Odur ki, evlərdə təhlükəsizlik cihazları quraşdırılması tövsiyə olunur.

İnsanların uzun müddət təcrid vəziyyətində olmaları və depressiyaya düşmələri ilə əlaqədar məişət zorakılığı faktları da tez-tez baş verir. Son günlər ürək çatışmazlığından dünyasını dəyişənlərin sayı artıbdır. Bu onu təsdiq edir ki, insanlar depressiya vəziyyətində, qorxu-həyəcan, təşviş içindədirlər. Buna səbəb maddiyatın olmaması, işsizlik, ailənin ağır duruma düşməsi, yoxsulluq, ümidsizlik, qorxu, həyəcandır. Nəticədə ürək tab gətirmir və buna görə ölüm halları baş verir.

Əgər bu belə davam edərsə, daha çox oğurluq halları baş verə bilər. Məsələn ərzaq oğrularının sayı çoxala bilər. Bilirsiniz ki, aclıq insanları daha çox aqressiv edə bilər. Allah eləməsin o hala düşək. Əgər hamı evdə oturursa, rayon-kəndlərdə təsərrüfat işləri dayanıbsa, meyvə-tərəvəz, əkin yoxdursa sonda aclıqla imtahan oluna bilərik. Bildiyimizə görə su qıtlığı yaranmağa başlayıb. Su olmayan yerdə həyat da olmur. Biz bütün bu gedişatı ciddiyə almalıyıq. Çünki bəlkə də bizi çox gözəl günlər, yaxud da daha çox çətin günlər gözləyir. Odur ki, hamılıqla bu kimi problemlərlə üzləşməmək üçün ağılla, şüurla, uzaqgörənliklə addımlar atmalıyıq.

Yeri gələrsə daha sərt qaydalar qoyulmasına razılaşmalıyıq. Əlbəttə əhalinin xeyrinə olacaq qaydalar qoyulsun. Ən əsası qaydalara əməl etmək və məsuliyyətli olmalıyıq.

Hesab edirəm ki, dövlət cinayət artımının qarşısını almaq üçün pandemiya dövründə əhalinin bir hissəsinin iş yerlərini itirməsini, heç bir sosial yardım almayanları nəzərə alaraq, bank kreditləri və alimentlər üzrə ödənişləri dondurmalıdır, kommunal xərclərdə güzəştlər edilməlidir, ərzaqların qiymətinin artmamasına ciddi nəzarət olmalıdır, bəzi dərman məhsulları pulsuz və nisbətən ucuz satılmalıdır, pullu xidmətlərdə güzəştlər edilməlidir. Əks təqdirdə, bu əməllərə düzgün nəzarət edilməzsə icra məmurları tərəfindən borclulara olan təzyiq onları müxtəlif cinayətlərə təhrik edəcək.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı