Azərbaycan ordusunda koronavirusa yoluxma varmı? - Rəsmi açıqlama | Eurasia Diary - ednews.net

15 Avqust, Şənbə


Azərbaycan ordusunda koronavirusa yoluxma varmı? - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

Bu gün Azərbaycan Ordusunda koronavirusa yoluxma faktı qeydə alınmayıb.

EDNews.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. 

H.Hacıyev bildirib ki, pandemiya ilə əlaqədar Azərbaycan ordusunda bu məsələ ciddi nəzarətdə saxlanılır: 

“Bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənov ilə bu məsələ barəsində danışmışam. Söhbət zamanı nazir orduda heç bir yoluxma faktının olmadığını deyib. Yalnız Əfqanıstandakı Sülhməramlı qüvvələrimiz arasında bir hərbçimizdə virus aşkarlanıb. O da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb. Bu gün orduda vəziyyət tam nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri, hərbiçiləri arasında testlər aparılır. Vəziyyətə xüsusi nəzarət olunur".

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...