Cəlilabaddakı meşə yanğını söndürüldü - VİDEO | Eurasia Diary - ednews.net

22 Sentyabr, Çərşənbə axşamı


Cəlilabaddakı meşə yanğını söndürüldü - VİDEO

Cəmiyyət A- A A+

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığındakı bələdiyyə torpağında baş verən, sonradan yaxınlıqdakı meşəlik əraziyə keçən yanğın FHN-nin yanğından mühafizə xidmətinin və ETSN-nin yerli qurumlarının əməkdaşları tərəfindən söndürülüb. 

EDNews.net xəbər verir ki, yanğın zamanı 2,5 hektar ərazidə böyürtkən, qaratikan kolları və quru ot örtüyü yanıb.

“Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə başlayan yanğın məhdudlaşdırılıb”.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir:

“Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

***

Cəlilabad rayonunda meşədə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, video Azpost səhifəsində yayımlanıb.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...