“Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir”

Cəmiyyət 20:01 12.08.2020

Məlum olduğu kimi, ölkə başçısı Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Moderator.az-a açıqlamasında Prezident İlham Əliyevin məlum sərəncamına münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkə başçısının sözügedən sərəncamını yüksək qiymətləndirib, bunu bütövlükdə xalqımızın qəhrəmanlıq tarixinə verdiyi qiymət kimi dəyərləndirib:

“Əhmədiyyə Cəbrayılov II Dünya Müharibəsinin ən böyük qəhrəmanlarından biri kimi sadəcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınan, ehtiramla yad edilən insanlarımızdandır. 1941-ci ildən etibarən Fransa Müqavimət Hərəkatında iştirak edən, faşist Almaniyasına qarşı mütərəqqi dünyanın apardığı mübarizədə çoxsaylı qəhrəmanlıqlar göstərən Əhmədiyyə Cəbrayılov, göstərdiyi igidliklərə görə Fransanın müxtəlif orden və medalları ilə təltif edilib, ona cəsur hərbçi kimi xüsusi imtiyazlar verilib. Məsələn, Əhmədiyyə Cəbrayılova verilən bu imtiyazlardan biri hərbi parad zamanı ona generallardan belə öndə getməyə icazə verirdi. Bu faktın özü Əhmədiyyə Cəbrayılovun necə böyük qəhrəman olduğunu sübut edir.

Bu baxımdan Prezident İlham Əliyevin Əhmədiyyə Cəbrayılovla bağlı verdiyi sərəncam olduqca təqdirəlayiqdir. Ölkə başçısının bu sərəncamı sadəcə hərb tariximizə, qəhrəmanlarımıza verilən qiymət deyil. Bu, həm də, prezidentimizin, dövlətimizin ümumbəşəri dəyərlərə verdiyi qiymət deməkdir. Çünki Əhmədiyyə Cəbrayılov faşizmə, irqi, milli ayrı-seçkiliyə qarşı mübarizə aparıb. O, insanlığın, ümumbəşəri dəyərlərin, sülhün və əminamanlığın qorunması, bəşəriyyətin “qəhvəyi taun”dan müdafiəsi uğrunda səy göstərib. Bu isə o deməkdir ki, ölkə başçısının Əhmədiyyə Cəbrayılovla bağlı sərəncamı bütövlükdə faşizmə qarşı aparılan mübarizəyə, ümumbəşəri dəyərlərin müdafiəsinə verilən qiymətdir.

Bildiyiniz kimi, xeyli müddətdir ki, torpaqlarımızın bir qismi erməni işğalı altındadır. Bu gün xalqımız erməni faşizminə qarşı mübarizəsini davam etdirir. Belə bir şəraitdə Əhmədiyyə Cəbrayılovla bağlı verilən sərəncam, həm də gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi baxımından önəmlidir. Gənc nəsil babalarının döyüş yolu, apardıqları mübarizə, bu mübarizədə göstərdikləri qəhrəmanlıqları bilməli, bu qəhrəmanlıqlardan ruhi-mənəvi güc almalı, müharibə zamanı erməni faşizminə qarşı mübarizədə bu qəhrəmanlıqları təkrarlamalıdır.

Bu baxımdan ölkə başçısının bu sərəncamını alqışlayır, bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Əminəm ki, bu sərəncam və ondan irəli gələn tapşırıqların icrası qəhrəmanlıq tariximizin öyrənilməsi və təbliğində yeni bir səhifə açacaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də öz töhfəsini verəcəkdir”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı