“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub | Eurasia Diary - ednews.net

26 Sentyabr, Şənbə


“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub

Cəmiyyət A- A A+
Avqustun 13-də “İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüb.
 
EDNews.net xəbər verir ki, rektor AzTU-da aparılan elmi-tədqiqatlar, professor-müəllim heyətinin və tələbələrin hazırladıqları texnoloji həllər və onların sənayedə tətbiqi barədə qonağa ətraflı məlumat verib. Bildirib ki, belə layihələrin əmək bazarına transferi üçün universitet-sənaye iş birliyinin inkişafı prioritet vəzifələrdəndir. Hikmət Abdullayev də rəhbərlik etdiyi şirkətin AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Daha sonra universitetin tədqiqatçılarının hazırladıqları layihələrə baxış keçirilib. 
 
Qeyd edək ki, yaxın günlərdə AzTU ilə “İDRAK Texnoloji Transfer” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...