Hikmət Hacıyev qərargahla bağlı satirik video hazırlayan şəxsi PA-na dəvət etdi - VİDEO | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


Hikmət Hacıyev qərargahla bağlı satirik video hazırlayan şəxsi PA-na dəvət etdi - VİDEO

Cəmiyyət A- A A+

Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın birifinqində sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib.

EDNews.net xəbər verir ki, o, bəzən qərargahın iclasları ilə bağlı satirik filmlər hazırlandığını vurğulayıb: “Biz bunu çox normal qəbul edirik. Ərtoğrul adı ilə sosial şəbəkələrdə çıxış edən bir şəxs var, onun fəaliyyətini yüksək qiymətləndiririk. 

Satira Azərbaycan ədəbiyyatının və xalqının mədəniyyətində vacib özəlliklərdən biridir. Belə kreativ insanlara operativ qərargahın islaslarına göstərdikləri bu diqqətə görə də bir daha təşəkkür edirik, o videoları çox bəyənirik. Videoları dublyaj edən şəxsi Prezident Administrasiyasına görüşə dəvət edirik".

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...