BMT-nin Uşaq Fondu (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyilə, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində Tərtər rayonunda "Gənclər üçün Kitabxana" layihəsi həyata keçiriləcək.
EDNews.net xəbər verir ki, Tərtər Rayon Regional Peşə Təlim Mərkəzi rayonda əhalinin sıx məskunlaşdığını nəzərə alaraq yeni kitabxananın qurulmasını məqsədəuyğun görmüşdür. Digər məktəblərin şagirdləri ilə yanaşı rayonun bütün gəncləri buradan faydalana biləcəklər. Kitabxana həftənin 6 günü fəaliyyət göstərəcəkdir. Karantin dövrü başa çatdıqdan sonra, hər ay kitabxananın əməkdaşları və Məşvərət Şurasının üzvləri tərəfindən oxu günləri, görüşlər həyata keçiriləcəkdir.
Qeyd edək ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının müdiri Oruc Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova, "Kitab Gəzər" komandasının rəhbəri Qurbanova Fatma, "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin fəal üzvləri Mədinə Quliyeva, Nigar Ramazanova, Telli İbadova, Fəxriyyə Nəcəfli kitabların təmin olunmasında böyük dəstək nümayiş etdiriblər.
Kitabxananın açılışında Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin koordinatoru Fariz Vəliyev, Tərtər Regional Peşə Təlim Mərkəzinin direktor müavini Qumru Şamilova, "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin fəal üzvləri Fəxriyyə Nəcəfli və Aygün Abdullayeva iştirak etmişdir.