“Baki-Baku.az” saytının onlayn rejimdə təqdimat mərasimi keçirilib

Cəmiyyət 11:25 27.08.2020

Bu gün “Bakı” və “Baku” qəzetlərinin Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə yaradılmış elektron versiyası - “Baki-Baku.az” saytının onlayn rejimdə təqdimat mərasimi keçirilib.

Eurasia Diary xəbər verir ki, toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq “Bakı” və “Baku” qəzetlərinin Azərbaycanın mətbuat tarixində oynadığı rola diqqət çəkib. O bildirib ki, “Bakı” qəzeti 1958-ci ildə axşam qəzeti kimi işıq üzü görüb. 1963-cü ildə rus dilində "Baku" qəzeti də şəhər qəzeti kimi fəaliyyətə başlayb və Bakı Şəhər Sovetinin orqanı olub.

Ə.Amaşov vurğulayıb ki, qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaqdan ibarət idi. Ancaq nəşrlərin qurucusu və redaktoru, Azərbaycanın görkəmli jurnalisti, publisisti, sözün əsl mənasında böyük ziyalısı Nəsir İmanquliyev onları ümumxalq qəzetlərinə çevirmişdir.

“Bakı” və “Baku” qəzetləri Nəsir İmanquliyevin nəinki Azərbaycanın mətbuat tarixində, ümumən ölkəmizin XX əsr tarixində qalacaq son dərəcə müstəsna xidmətidir. Kişilik, mərdlik simvolu kimi yadda qalmış Nəsir müəllim hər iki nəşri peşəkar və prinsipial jurnalistika məktəbinə çevirmişdir. O məktəbin müdavimləri sırasında Azərbaycanın ictimai rəyində öz imzaları, dəst-xətləri ilə seçilmiş insanlar bu gün də var.

“Bakı” və “Baku” qəzetlərində mütəmadi çıxışlar etmiş görkəmli şəxslər nəinki öz fikirlərini yaymış, eyni zamanda milli özünüdərkin, milli mədəniyyətimizin dirçəldilməsində və tərəqqisində son dərəcə vacib rol oynamışlar. Yalnız Nəsir müəllimin deyil, elə onların da daşıdıqları zəngin mənəvi irsin yaşadılması və gələcək nəsillərə çatdırılması qarşıda duran mühüm vəzifələrdəndir. Əminəm ki, təqdimatına toplaşdığımız sayt üzərinə düşən məsuliyyəti doğruldacaqdır. Bəli, sevindirici haldır ki, Nəsir müəllim kimi böyük kişinin irsinin yaşadacaq elektron media orqanı fəaliyyətə başlayır. Özü də məhz belə bir gündə - onun nəvəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günündə. Fürsətdən istifadə edib toplantı iştirakçıları adından Mehriban xanımı təbrik edir, ona uğurlar arzulayıram”, - deyə Ə.Amaşov vurğulayıb.

Çıxış edənlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru Ağahüseyn Hüseynov, MŞ sədrinin müavinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şair-yazıçı Yusif Nəğməkar, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev və başqaları “Bakı” və “Baku” qəzetlərinin mövzu dairəsi baxımından paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını tam əhatə etmələrinə diqqət çəkiblər, xatirələrini bölüşüblər. Onlar nəşrlərin tez bir zamanda populyarlaşmasında Nəsir İmanquliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıblar. Bildiriblər ki, peşəkarlıq, qayğıkeşlik, alicənablıq nümunəsi - N.İmanquliyev həm də yüksək təşkilatçılığı ilə də örnək sima olmuşdur.

Natiqlər N.İmanquliyevi vətənpərvər ziyalı kimi xarakterizə edən cəhətlərdən də geniş söz açıblar. Onun daşıdığı milli ruhun rəhbərlik etdiyi qəzetlərin dəst-xəttinə təsir göstərdiyini önə çəkmiş toplantı iştirakçıları diqqəti nəşrlərdə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəslinin yetişməsinə yönəldiblər. Bu sırada B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca görkəmli şəxsiyyətlərin adları ehtiramla çəkilib. Çıxış edənlər eyni zamanda “Bakı” və “Baki” qəzetlərinin bu gün zamanın tələblərinə uyğunlaşdırılaraq fəaliyyət yoluna qədəm qoymasından məmnunluqlarını dilə gətiriblər.

“Bakı-Baku.az” saytının redaktoru, filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli N.İmanqulieyin daşıdığı zəngin mənəvi və mətbu irsin yaşadılmasına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, 30 illik fasilədən sonra bu irsin müasir dövrün tələbləri baxımından onlayn versiyada davamının əhəmiyyətini əsaslandırıb.  “Ümüdvaram və inanıram ki, “Baki-Baku.az” saytı onlayn media orqanları sırasında öz layiqli yerini tutacaq, nümunəvi fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin dəqiq, qərəzsiz, düşündürücülük baxımından peşəkar nümunələrlə təminatında sözünü deyəcəkdir”, - deyə Ş.Cəlilli bildirib.

Qeyd edək ki, redaktoru filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli olan “Bakı-Baku.az” saytının məsləhətçisi respublikanın əməkdar jurnalisti Ağahüseyn Hüseynovdur. Toplantıda sayt iştirakçılara təqdim edilib. Müzakirələr gedişində onun fəaliyyətinin təşkili və səmərəliliyinin artırılması ilə əlaqədar təkliflər qruplaşdırılıb.

Səslənmiş, həm yaradıcılıq, həm də texniki baxımdan əhəmiyyət daşıyan təkliflərin yaxın vaxtlarda saytda tətbiqinə başlanılacaq və tezliklə “Bakı-Baku.az”ın fəaliyyət intensivliyi tam şəkildə təmin ediləcəkdir.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Hamısı