“Ermənilərin törətdiyi Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı” - Prezidentin köməkçisi | Eurasia Diary - ednews.net

29 Noyabr,


“Ermənilərin törətdiyi Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı” - Prezidentin köməkçisi

Cəmiyyət A- A A+

“Holokost Nürnberq Məhkəməsində qiymətini alandan sonra Holokost oldu”.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və dijər şəhərlərdə jinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Avropa Məhkəməsində Çıraqov işi çərçivəsində Ermənistanın əməli qiymətini alıb: “Eyni zamanda beynəlxalq hərbi tribunal yaradılmasına ehtiyac var ki, bu əməlləri törədənlər beynəlxalq ədalət çərçivəsində də cavab versinlər. Bu kimi cinayətlərin cəzalandırılmaması, bu qəbildən cinayətləri törədən şəxsləri daha da həvəsləndirir. Ermənilərin 1992-ci ildə törətdiyi Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı”.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...