Ölkə ərazisinə gələn çovğunun səbəbi açıqlandı | Eurasia Diary - ednews.net

6 Mart, Şənbə


Ölkə ərazisinə gələn çovğunun səbəbi açıqlandı

Cəmiyyət A- A A+

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişməsinə səbəb olan amil Türkiyədən hərəkət edən siklonun ölkə ərazisindən keçməsidir.

Eurasia Diary xəbər verir ki, bunu Trend-ə açıqlamasında ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 19-da axşam soyuq atmosfer cəbhəsinin paytaxta yaxınlaşması nəticəsində burada hava şəraiti dəyişəcək. Paytaxtda havanın yağıntılı olacağı, sonrakı günlərdə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir:

"Həm küləkli hava şəraiti, həm də sulu qarın yağması nəticəsində yanvarın 20-də axşam saatlarında, yanvarın 21-də gecə və səhər saatlarında havanın çovğunlu olacağı ehtimalı var. Yanvarın 21-də, 22-də şəhərətrafı yolların buz bağlayacağı istisna edilmir".

U.Tağıyeva qeyd edib ki, respublikanın rayonlarında bu proses bir qədər tez başlayacaq:

"Bu gün axşam saatlarından başlayaraq, əvvəlcə respublikanın qərb və şimal rayonlarında havanın dəyişiləcəyi, yağıntılı və qarlı olacağı gözlənilir. Yanvarın 19-dan 21-i gündüzədək bu prosesin bütün bölgəni əhatə etməsi və bəzi rayonlarda qarın intensiv olacağı istisna olunmur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...