Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir | Eurasia Diary - ednews.net

5 Mart, Cümə


Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir

Cəmiyyət A- A A+

Gürcüstandan 250-yə yaxın azərbaycanlı Azərbaycana təxliyə olunur.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, həmin şəxslərin arasında Azərbaycanla yanaşı, Gürcüstan vətəndaşları da var.

Proses saat 10:00-da başlayacaq və təxliyə olunanlar artıq “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşır.

Həmin şəxslər ötən gün koronavirusla bağlı test olunublar və heç birində COVID-19 təsdiqlənməyib. Onlara Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları tərəfindən arayış təqdim olunacaq. Bundan sonra onlar Azərbaycan ərazisinə daxil olacaqlar.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana son təxliyə bu ilin yanvarın 15-də həyata keçirilib. Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən 218 Azərbaycan vətəndaşı Vətənə dönüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...