Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı Cəbrayılda minaya düşüb | Eurasia Diary - ednews.net

5 Mart, Cümə


Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı Cəbrayılda minaya düşüb

Cəmiyyət A- A A+

Yanvarın 22-də saat 10:00 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təmizləmə qrupunun minaaxtaranı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlu işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın (PMN-Э) zərərsizləşdirilməsi zamanı partlayış baş verib.

Agentliyin mətbuat xidmətindən Eurasia Diary-yə bildirilib ki, partlayış nəticəsində Azər Sultanov üz nahiyəsindən xəsarət alıb. O, dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılaraq cərrahiyyə əməliyyatına alınıb. Hazırda onun vəziyyəti sabit ağırdır.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi bir daha bildirir ki, qeyd olunan ərazilər işğaldan azad edilmiş torpaqlardır. Təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...