"İctimai" TV-də polisin fəaliyyətinin tənqidinə - RƏSMİ CAVAB | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


"İctimai" TV-də polisin fəaliyyətinin tənqidinə - RƏSMİ CAVAB

Cəmiyyət A- A A+

Daxili İşlər Nazirliyi (DİN) "İctimai" televiziyada polisin fəaliyyətini tənqid edən materiala münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər: "Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən “İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən “İctimai” televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir".

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...