Əcnəbi jurnalistlər Xocalıya şahid olan Ağdam məscidində - FOTOLAR | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Əcnəbi jurnalistlər Xocalıya şahid olan Ağdam məscidində - FOTOLAR

Cəmiyyət A- A A+

Xarici ölkə jurnalistləri Ağdama səfər edib.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, səfərdə məqsəd xarici medianın Xocalı faciəsi haqqında daha ətraflı məlumatlandırılmasıdır. 

Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təşkil olunan səfərdə yerli və xarici jurnalistlər iştirak edirlər. İşğaldan azad olan Ağdam şəhərinə səfər edən media nümayəndələri ilk olaraq Ağdam cümə məscidinə gəliblər.

Xocalı soyqırımı günü Ağdamda olan və faciə qurbanlarının şəklini çəkən tanınmış fotoqraf Rza Deqqəti və hadisə şahidləri jurnalistlərə erməni vəhşiliyi barədə məlumat verib.
 
 
 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...