Ağdam ovuc içi qədər yaxın

Cəmiyyət 09:56 27.02.2021

“Mən Ağdama səfər edəndə oradakı səngərləri görəndə heç ifadə edə bilmirəm ki, necə qarışıq hisslər keçirdim: sarsıntı, əzab, təəssüf. Eyni zamanda, fərəh hissi var idi məndə ki, biz ora qayıtmışıq. Bu, bəlkə də hətta əlavə bir mətbuat konfransının mövzusu ola bilər. Qeyd etdiyim kimi, Ağdamın işğaldan əvvəl əhalisinin sayı 40 minə yaxın idi”.

Eurasia Diary-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, yəni işğaldan sonra, təbii ki, əhalinin sayı artıb: “Biz artıq təqribən 70 min nəfərlik şəhərin baş planını yenidən işləməliyik və sizə bir nümunə deyə bilərəm. Ötən il biz bir neçə min ailə üçün mənzil və evlər inşa etmişik. Mənim qərarımla onlar, əslində, məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. Ancaq artıq işğal olunmuş ərazilər azad edildikdən sonra qərara gəldim ki, həmin mənzillər şəhid ailələrinə verilsin və dünən də mən belə bir şəhərciyin – 1572 ailəlik şəhərciyin açılışını etdim. Bu ilin sonuna qədər daha 3 min şəhid ailəsi ev və mənzillərlə təmin ediləcək. Biz buna bir növ öyrəncəliyik, bizdə bunun təcrübəsi var. Biz hər il 3-4 min mənzil və ev inşa edə bilirik. Yəni fiziki olaraq biz Ağdam şəhəri haqqında danışırıqsa, bu şəhər hesab edirəm ki, 2-3 il ərzində tam bərpa oluna bilər. Ancaq bundan öncə minadan təmizləmə, infrastruktur layihələri həyata keçirilməlidir. Elektrik infrastrukturuna gəldikdə, biz bütün şəhərlərimizin, bölgələrimizin bir-biri ilə bağlı enerji şəbəkəsini yaradacağıq. Artıq büdcə, proqram təsdiq edilib və bu ilin sonuna qədər elektrik enerjisi təminatı başa çatdırılacaqdır. Su təminatı, qaz təminatı, yollar... Biz təkcə evlər tikməli deyilik, orada xəstəxanalar, məktəblər, bağçalar tikilməlidir. Orada iş yerləri yaradılmalıdır. Çünki orada yaşayan insanlar işlə təmin edilməlidir. Yəni bütün bu işlər bizim Böyük Qayıdış adlandırdığımız proqramımızın tərkib hissəsidir, Prezident Administrasiyasının rəhbəri bu əlaqələndirmə ilə məşğuldur. Təkcə Ağdam deyil, digər bütün şəhər və qəsəbələrimizdə – Füzuli, Cəbrayıl, Qubadlıda vəziyyət təqribən eynidir. Zəngilanda bir neçə ev istisna olmaqla hər şey darmadağın olub. Bu, çox nəhəng bir işdir, bizim qarşımızda böyük işlər dayanır. Biz bunu yalnız öz daxili resurslarımız hesabına edəcəyik və artıq etməyə başlamışıq. Burada söhbət təkcə maliyyə resurslarından getmir. Söhbət texniki imkanlardan gedir, bizim peşəkarlarımız, intellektual resurslarımız var.

Xüsusilə vurğulamaq istəyirəm ki, biz orada vətəndaşlarımız üçün ən yaxşı şərait yaratmalıyıq. Çünki uzun illərdir bu insanlar əziyyət çəkirlər. Biz anlayırıq ki, həmvətənlərimiz ən qısa zamanda oraya qayıtmaq istəyirlər. Yenə də istəməzdim daha dəqiq tarix verim, təkcə elə Ağdam kimi bir şəhərimizin yenidən bərpası ən azı 2 il çəkəcəkdir”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı