Xəzər dənizində ekoloji fəlakət baş verib - 150-dən çox suiti cəsədi tapılıb - VİDEO | Eurasia Diary - ednews.net

16 İyun, Çərşənbə


Xəzər dənizində ekoloji fəlakət baş verib - 150-dən çox suiti cəsədi tapılıb - VİDEO

Cəmiyyət A- A A+

Dağıstanın Mahaçqala şəhərində 150-dən çox Xəzər suitisinin cəsədi tapılıb.

"İnterfaks"dan verilən məlumata görə, alimlər hələ keçən il Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmiş Xəzər dənizinin yeganə məməli heyvanının ölümünün dəqiq səbəbini açıqlamaqda çətinlik çəkir.

Lakin tapılan suitilərin çoxunun dərisi olmayıb. Bu isə insan heyvanların ölümündə insan faktoruna işarə edir.

“Mənzərə dəhşətlidir, hər 50-100 metrdən bir ölü heyvana rast gəlirsən”, – deyə dəniz məməliləri Elmi Ekspedisiya Mərkəzinin təbiəti qoruma layihələrinin koordinatoru Viktor Nikiforov bildirib.

Mayın 4-də günortadan sonra 30, ertəsi gün artıq təxminən 130-a yaxın ölü heyvan tapılıb. Tədqiqatçılar bu gün ölü heyvanların sayının 200-ə çatacağını təxmin edirlər.

Konkret.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...