Ümummilli liderin 98-ci il dönümü ilə bağlı DTX paylaşım edib | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Ümummilli liderin 98-ci il dönümü ilə bağlı DTX paylaşım edib

Cəmiyyət A- A A+

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib.

Eurasia Dİary xəbər verir ki, DTX-nin saytında yer alan məlumatda deyilir:

“Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş ulu öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin etibarlı qorunması naminə əzm və qətiyyətlə çalışır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...