FHN Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb | Eurasia Diary - ednews.net

5 Avqust, Cümə axşamı


FHN Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb

Cəmiyyət A- A A+

Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Eurasia Diary xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti, kapitan İlham Fərzəliyev dünən Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Eurasia Diary-yə Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.

Bildirilib ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...