Moskvada azərbaycanlılara məxsus bazara bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub | Eurasia Diary - ednews.net

5 Avqust, Cümə axşamı


Moskvada azərbaycanlılara məxsus bazara bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub

Cəmiyyət A- A A+

Moskvada azərbaycanlı iş adamlarına məxsus “Sadovod” bazarına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Eurasia Diary xəbər verir ki, Moskvanın cənub-şərqində, Moskva dairəvi avtomobil yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarına bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına anonim zəng daxil olub.

Anonim məlumatla bağlı araşdırma aparılır.

Bazarda hələlik təxliyə həyata keçirilmir.

Qeyd edək ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur. 40 hektar ərazisi olan bazarda 8 min mağaza var.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...